Slimfit
  1. AZƏRBAYCAN

Kür çayında suyun səviyyəsi artıb

Kür çayında suyun səviyyəsi artıb
Sakura

Kür çayında suyun səviyyəsi artıb

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 55-65, Kiçik Qafqazın çaylarında 90-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 5 faizini təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Azvision.az-a verilən məlumata görə, oktyabrın 26-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 3 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 80 kubmetr olmaqla ongünlük normanın 48 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 167 kubmetr təşkil etməklə ongünlük normanın 101 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində dəyişiklik qeydə alınmayıb. Hazırda məntəqədə su sərfi saniyədə 66,5 kubmetr olmaqla ongünlük normanın 72 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 62 kubmetr təşkil edərək ongünlük normanın 67 faizinə bərabər olub.

Oktyabrın 26-da Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, suyun səviyyəsi Kür çayının Şirvan məntəqəsində 2, Salyanda 10, Bankədə 5 santimetr artıb, lakin Surrada 6, Araz çayının Novruzlu məntəqəsində isə 3 santimetr azalıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 333 (2017-ci il oktyabrın 26-da 350 sm), Şirvanda 201 (2017-ci il oktyabrın 26-da 203 sm), Salyanda 147 (2017-ci il oktyabrın 26-da 165 sm), Bankədə 172 (2017-ci il oktyabrın 26-da 179 sm), Araz çayının Novruzlu məntəqəsində isə 40 santimetrə (2017-ci il oktyabrın 26-da 78 sm) bərabərdir.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Uşaqların ağlaması dünyada ən qıcıqlandırıcı səsdir

Redaktor seçimi

SON XƏBƏRLƏR