Slimfit
  1. CƏMİYYƏT

"Kupça"larla bağlı mühüm xəbər - Əks halda vətəndaşlar...

"Kupça"larla bağlı mühüm xəbər - Əks halda vətəndaşlar...
Sakura

"Kupça"larla bağlı mühüm xəbər - Əks halda vətəndaşlar...

"Vətəndaş hər hansısa bir əmlaka külli miqdarda pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti ilə bağlı onlara rəsmi olaraq yazılı məlumatlar verilməlidir".

Ens.az Referans.az-a istinadən xəbər verir ki, bu fikirləri açıqlamasında Mərkəzi Rieltor Bürosunun direktoru, əmlak eksperti Elnur Fərzəliyev deyib. Onun sözlərinə görə, dünya təcrübəsində istismar müddətini bitirmiş binalardakı mənzillərin satış qiymətləri normal və nisbətən yeni tikilmiş mənzillərin satış qiymətlərindən bir neçə dəfə ucuz təklif olunduğu halda Azərbaycanda vətəndaşlar aldıqları əmlaklarla bağlı dolğun məlumat əldə edə bilmədikləri üçün qiymətlərlə bağlı məlumatsız olurlar.

Bakıda güclü zəlzələ olsa, yeni tikili binalar çökə bilər? -

"Vətəndaş hər hansısa bir əşya və yaxud məhsul alarkən aldığı məhsulun istehsal və bitmə tarixinə baxır. Həmçinin istehsalçı müəssisə və yaxud şirkətin rekvizitləri məhsullar üzərində qeyd olunur. Avtomobillərin texniki pasportlarında da onların istehsal tarixi və markaları qeyd olunur. Hər hansısa bir məhsul üzərində onun istehsal tarixi olmadıqda vətəndaş haqlı olaraq öz iradını satıcıya və yaxud istehsalçıya bildirməlidir. Ölkəmizdə son 20 ildə tikinti sahəsi çox sürətlə inkişaf edir. Lakın inşa edilən nə çoxmənzilli binalardakı mənzillərin sənədlərində, nə də fərdi yaşayış evlərinin çıxarış və texniki pasportlarında bu tikililərin tikilmə və istismar müddətinin bitməsi ilə bağlı məlumatlar var. Bu gün ölkəmizdə, xüsusən də paytaxt Bakı və digər böyük şəhərlərimizdə daşınmaz əmlakların satış qiymətləri əhalinin gəlirləri nisbətində yetəri qədər bahadır. Vətəndaş hər hansısa bir əmlaka yüksək məbləğfə pul ödəyirsə, o əmlakın tikilmə və istismar müddəti haqqında ona rəsmi olaraq yazılı məlumatlar verilməlidir. Əks halda vətəndaşların özlərinin də bilmədən ucuz əmlakları baha qiymətə almış olurlar".

Elnur Fərzəliyev qeyd etdi ki, bu qanunla da tənzimlənərsə alıcıların fırıldaqçılar tərəfindən aldanılmasının qarşısını ala bilər.

Uzun illərdir ki, artıq ölkəmizdə satılan əmlakların böyük bir hissəsi ipoteka və digər kreditli şərtlərlə satılır. Bəzən alıcı ipoteka krediti üçün banka müraciət edir, sənədlər toplayır, bəyəndiyi evə beh verir və sonda bütün sənədləri banka təqdim edərkən bank həmin binanın istismar müddətini bitirdiyi üçün sənədləri geri qaytarır və o mənzilə kredit ayırmır. Belə hallarda isə vətəndaş vaxt və pul itkisi ilə qarşılaşır, əlavə olaraq bəzi hallarda verdiyi behi belə geri ala bilmir. Bütün bu cür halların qarşısının alınması üçün mütləq şəkildə əmlakların rəsmi sənədlərində istehsal və istismar müddəti ilə bağlı məlumatlar yazılmalıdır. Bu cür məlumatların çıxarış və texniki pasportlarda yazılmaması onu deməyə əsas verir ki, istehlakçıların hüquqları uzun illərdir özləri də bilmədən pozulur. Yaxşı olardı ki, bütün çoxmənzilli yaşayış binalarının qarşısında həmin binaların tikilmə tarixi və tikən şirkətlə bağlı məlumatlar yazılsın"./ Metbuat.az

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Turistlər Şuşada (1988)

Redaktor seçimi

SON XƏBƏRLƏR