Slimfit
  1. MƏDƏNİYYƏT

Kukla Teatrında “Dünya Autizm Maarifləndirmə” ayı qeyd olunacaq

Kukla Teatrında “Dünya Autizm Maarifləndirmə” ayı qeyd olunacaq
Sakura

Kukla Teatrında “Dünya Autizm Maarifləndirmə” ayı qeyd olunacaq

Aprelin 4-də “Dünya Autizm Maarifləndirmə” ayı münasibətlə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında tədbir keçiriləcək.

Teatrın Mətbuat xidmətindən "Report"a verilən məlumata görə, tədbir Teatrın nəzdindəki “Oyuq” teatr-studiyasında təşkil olunacaq.

Həmin gün “Oyuq”çular balaca tamaşaçıları qarşısında “Qırmızıpapaq” tamaşası ilə çıxış edəcəklər.

Səhnələşdirənləri Qurban Məsimov, Səidə Haqverdiyeva, quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadə olan bu rəngarəng tamaşada uşaqlara sevimli nağıl qəhrəmanlarının səhnə çələngi təqdim olunacaq. Səhnə işinin əsas ideyası “dünyanı dostluq xilas edəcək” şüarıdır.

Tədbirin əsas qonaqları da məhz autizm sindromlu uşaq və yeniyetmələr, onların ailə üzvləri olacaqlar. Müxtəlif layihələr sayəsində Teatrın, istedadlı “Oyuq”çuların dostuna çevrilən UAFA (United Aid For Azerbaijan) və digər təşkilatlar, eləcə də reabilitasiya mərkəzlərində, həmçinin müalicə-tədris müəssisələrində qeydiyyatda olan uşaqlar həmyaşıdlarının, balaca aktyorların ifasında konsert proqramına da tamaşa edəcəklər.

Xatırladaq ki, autizm sindromlu uşaqların iştirakı ilə səhnələşdirilən və onlara həsr olunan “Əlimdən tut” adlı ilk tamaşa və sosial-çarx da məhz “Oyuq” teatr-studiyası tərəfindən hazırlanıb və bu barədə cəmiyyətdə sistemli olaraq maarifləndirmə işi aparılıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR