Slimfit
  1. İDMAN

Kubokun finalı azarkeşsiz keçiriləcək

Kubokun finalı azarkeşsiz keçiriləcək
Sakura

Kubokun finalı azarkeşsiz keçiriləcək

Yunanıstan kubokunun final matçında PAOK AEK-lə qarşılaşacaq.

Bombardir.az xəbər verir ki, əzəli rəqiblər arasında keçiriləcək oyunda azarkeş olmayacaq.

Bu barədə Yunanıstanın idman naziri Giorgios Vasilliadis yerli mətbuata açıqlamasında bildirib.

O, fanatlar arasında insident yaşanacağı xəbərlərini aldıqlarını və bu səbəbdən qarşılaşmanın azarkeşsiz keçiriləcəyini bildirib.

Yunanıstan Futbol Federasiyasının hər iki kluba 300 dəvət bileti verdiyi, qalan dəvətlilərin isə federasiya tərəfindən seçiləcəyi bildirilir. Qarşılaşmanın 1500 nəfərə yaxın dəvətli tərəfindən izləniləcəyi gözlənilir.

Afina Olimpiya stadionunda keçiriləcək qarşılaşma mayın 11-də, saat 21:30-da start götürəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlan özünün dili ilə ətraf mühitdən hissəciklər toplayır və onları ağız boşluğuna "analiz etmək" üçün göndərir. Bu prosedur ona qurbanını izləməyə və təhlükəni hiss etməyə kömək edir.

Redaktor seçimi

SON XƏBƏRLƏR