Slimfit
  1. DÜNYA

KTMT-nin sirlərinin Bakıya ötürülməsi Paşinyanı özündən çıxartdı

KTMT-nin sirlərinin Bakıya ötürülməsi Paşinyanı özündən çıxartdı
Sakura

KTMT-nin sirlərinin Bakıya ötürülməsi Paşinyanı özündən çıxartdı: Belarus prezidenti Aleksandr Lukaşenko…

Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ətrafında yaranan vəziyyətin bu təşkilatın üzvü olmayan ölkə - Azərbaycanla müzakirəsinə görə Belarus prezidenti Aleksandr Lukaşenko və Qazaxıstan prezidenti Nursultan Nazarbayevdən izahat tələb edəcək.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda noyabrın 16-da Nikol Paşinyan jurnalistlərlə söhbət zamanı bildirib.

“Bu necə qarşılana bilər ki, məsələn, mən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmayan hər hansı ölkənin səfirini dəvət edirəm və ona bağlı qapılar formatında keçirilən iclasdan danışıram. Mən ona təəccüblənmişəm ki, 30 il dövlətin rəhbəri statusunda olan insan belə addım atsın, Və mən, əlbəttə, Belarus prezidentindən izahatları tələb edəcəm, özü də yalnız Belarus prezidentindən deyil”, - o bildirib.

Nikol Paşinyan qeyd edib ki, həmçinin bir-birinə zidd olan bəyanatlarla çıxışına görə Qazaxıstan prezidentindən izahat tələb edəcək. Xüsusi halda, Nazarbayev KTMT-nin noyabrın 7-də Astanada keçirilən sammitindən sonra bildirdi ki, təşkilatın baş katibi postuna Belarusun nümayəndəsi təyin ediləcək.

"Heç kim belə bəyanatla çıxış etmək hüquqına malik deyildi, çünki Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında qərarlar ümumi razılıq əsasında qəbul edilir və biz artıq bununla bağlı mövqeyimizi bildirmişik”, - deyə o bildirib.

Xatırladaq ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə görüşdə bildirib ki, rəsmi Minsk KTMT-nin baş katibi vəzifəsinə üç namizəd təklif etməyə hazırdır.

 

"Əlifba sırası ilə növbəti ölkə Belarusdur və biz namizədliyimizi təklif etməyə hazır olmalıyıq. Bu gün üçün KTMT-nin Baş katibi vəzifəsinə təklif edə biləcəyim üç namizədim var", - A.Lukaşenko deyib.

Xatırladaq ki, KTMT-nin Astana sammiti Ermənistan üçün uğursuzluqla nəticələndi. Sammitdə həllini tapması gözlənilən məsələlərdən biri yeni baş katibin təyinatı məsələsi idi. İrəvan KTMT-nin ali orqanı olan kollektiv təhlükəsizlik şurasının qərarı ilə vəzifəsindən azad edilən Ermənistanın nümayəndəsi Yuriy Xaçaturovun əvəzinə başqa bir nümayəndəsinin təyin edilməsini istəyirdi.

KTMT-nin prosedur və rotasiya qaydalarına və əlifba sırası ardıcıllığına uyğun olaraq, 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistan nümayəndəsi daşımalı idi. Yuriy Xaçaturovun vaxtından əvvəl vəzifədən azad edilməsindən sonra Nikol Paşinyan 2020-ci ilə qədər baş katib vəzifəsini Ermənistanda saxlamağa çalışsa da, tamamilə uğursuzluqla üzləşdi. Ermənistanın yeni namizədinin təşkilatın baş katibi olmasına icazə verilmədi.

Sammitə ev sahibliyi edən Nursultan Nazarbayev baş katib məsələsində müəyyən kolliziyanın baş verdiyini qeyd etdi. O, rus dili üzrə əlifba ardıcıllığına görə Ermənistandan sonra növbəti baş katibin Belarusdan olmalı olduğunu bildirdi.

“Ermənistan nümayəndəsi Xaçaturov bizdə baş katib idi, ancaq o, geri çağırıldı. Mən səbəbi barədə danışmaq istəmirəm, bu, Ermənistanın daxili işidir. Qaydaya görə, baş katiblik rotasiya qaydasında, əlifba sırası ilədir və Ermənistandan sonra Belarus gəlir. Əlbəttə, Ermənistan vaxtın uzadılmasını istədi. Ancaq bütün dövlət başçıları dedilər ki, cəmi bir il qalır (Ermənistanın KTMT-dəki baş katib yerinin başa çatması nəzərdə tutulur – red.), yeni nümayəndə hətta bu il ərzində ölkələri gəzib-görə bilməyəcək, ona görə də normal fəaliyyət göstərəcək baş katib Belarus tərəfdən olmalıdır”, - deyə, Qazaxıstan lideri söyləyib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR