Dərc edildi: Baxış sayı: 243
KTMT Ermənistandan izah gözləyir
KTMT ümid edir ki, İrəvan təşkilatla münasibətlərinin perspektivlərinə aydınlıq gətirəcək.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bunu KTMT Parlament Assambleyası Şurasının iclasında təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib.
"Bu, ilk növbədə gələcək birgə fəaliyyətin tam planlaşdırılması üçün bizim birliyin bütün iştirakçılarının xeyrinə olardı", - deyə o bildirib.
Eyni zamanda, baş katib qeyd edib ki, son bir il ərzində Ermənistandan olan həmkarlar təşkilatın tədbirlərində iştirakını əhəmiyyətli dərəcədə azaldıblar.
Tasmaqambetov buna baxmayaraq, Ermənistanın təşkilatın tamhüquqlu üzvü olaraq qaldığını qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət