Dərc edildi: Baxış sayı: 408
KTMT baş katibi sülhməramlıların çıxmasından danışdı
Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu KTMT baş katibi İmanqali Tasmaqambetov deyib.
“Rusiya sülhməramlılarının Qarabağda varlığına gəlincə, hazırda bura təhlükəsizliyi təmin etmək üçün öz qüvvələrinə malik olan Azərbaycan ərazisidir və təbii ki, bu məsələ birtərəfli qaydada həll olunmur. Hesab edirəm ki, regionda sabitlik böyük ölçüdə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır”, - Tasmaqambetov bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət