Slimfit
  1. MARAQLI

Kruiz tətili üçün 10 səbəb

Kruiz tətili üçün 10 səbəb
Sakura

Kruiz tətili üçün 10 səbəb

Artıq yay fəslidir. Çoxlarınız tətilə hazırlaşırsınız. Amma harada, necə səyahət edəcəyinizi bilmirsiniz. Biz səyahətin sərfəli və maraqlı yolunu sizə təqdim edirik. Söhbət gəmi səfərindən gedir. 

  1. Hamısı bir arada

Təsəvvür edin, eyni anda həm beş ulduzlu hoteldə dənizdə üzürsünüz, həm də kənara çıxmadan, vaxt itirmədən elə gəmidə doyunca istirahət edirsiniz.  

       2. Tək səfər, çox ölkə 

Siz şirin yuxuda olarkən gəminiz başqa bir limana yan alır. Nə gözəl! Sizə qalan tək şey isə möhtəşəm səhər yeməyindən sonra gəmidən düşərək şəhərin keyfini çıxartmaqdır. Sizcə, ölkələri gəmiylə gəzmək, avtomobil, ya da hava yolu ilə gəzməkdən daha maraqlı deyilmi?

  1. Yorğunluq yox

Səyahət boyunca yol yorğunu olmayacaqsınız. Gəmidə o qədər əyləncəli vaxt keçirəcəksiniz ki, bu, heç yadınıza düşməyəcək. Yolda vaxtınız boş yerə keçməyəcək, həmin müddətdə də tətildə olacaqsınız.  

  1. Səyahət çamadanı

Hər gün fərqli bir şəhərdə, ya da limanda oyanmağınıza baxmayaraq səyahət sonuna qədər çamadan daşımaq kimi bir probleminiz olmayacaq. Çamadanlarınızı bir dəfə açacaq, bir dəfə yerləşdirəcək və son tətil gününüzə qədər yığışdırmayacaqsını

  1. Bol əyləncə, bol aktivlik

Gəmidə hər kəsə və hər yaş qrupuna yönəlik əyləncəli məkanlar var. Uşaqlarınız oyun meydançalarında istirahət edərkən, siz hovuz keyfi çıxara biləcəksiniz. Gəmidə teatra getmək, günəş altında bənzərsiz mənzərədə ruhunuzu dinləndirmək kimi imkanlarınız da olacaq.

  1. Keyfiyyətli xidmət

Kruiz səyahətində keyfiyyətli yeməyin, içkinin və xidmətin zövqünü yaşayacaqsınız. O qədər bəyənəcəksiniz ki, gəmidən düşdükdə təəssüflənəcəksiniz.

  1. Sərhədsiz seçim

Restoranlarda zəngin seçimlər, ekzotik yeməklər, balkonda istirahət, cütlüklər üçün romantika dolu anlar, ailələr və uşaqlar üçün ləzzətli zaman keçirmək imkanı və s…

  1. Sərfəli alış-veriş

Gəmilərdə olan “duty-free” mağazalarından ürəyinizcə alış-veriş etməyə nə deyirsiniz? 

  1. Yeni kəşflər

Səyahət ərzində ailənizlə birlikdə təkcə təbiəti deyil, fərqli mədəniyyətləri, fərqli dadları, fərqli həyatı da kəşf edə biləcəksiniz.  

  1. Erkən rezervasiya

Möhtəşəm bir gəmi turuna çıxmaq düşündüyünüzdən də asandır. Bunun üçün erkən rezervasiyalardan faydalanın. Üstəlik, bu yolla  büdcənizə qənaət etmiş olarsınız.

Elə indi müxtəlif şirkətlərin erkən rezervasiya təkliflərini axtarın və xəyal kimi bir tətilə yelkən açın.

Mənbə: Seanews.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR