Dərc edildi: Baxış sayı: 527
Kriştianu Ronaldu 'Yuventus'la bağlı qərarını verdi
İtaliyanın "Yuventus" klubunun futbolçusu Kriştianu Ronaldu hazırkı komandasını vaxtından tez tərk etməyəcək.
"Report"un "Tuttosport"a istinadən verdiyi məlumata görə, portuqaliyalı hücumçu müqaviləsinin bitəcəyi 2022-ci ilin yayınadək Turin təmsilçisində çıxış etmək niyyətindədir.
Fransa PSJ-sinin onunla maraqlanmasına baxmayaraq, 35 yaşlı forvard İtaliyada qalacaq.
Qeyd edək ki, 2018-ci ilin yayında İspaniya "Real Madrid"indən "Yuventus"a transfer olunan Kriştiani Ronaldu bu mövsüm A Seriyasında meydana çıxdığı 22 oyunda 21 qol vurub, 3 məhsuldar ötürmə edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət