Slimfit
  1. GÜNDƏM

Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə REAKSİYA

Kremldən Türkiyənin Azərbaycana hərbçi göndərməsinə REAKSİYA
Sakura

Dmitri Peskov: “Oraya Türkiyə hərbçilərini göndərmək lazımdır”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana hərbçi göndərilməsi ilə bağlı parlamentə təqdim etdiyi qanun layihəsi Türkiyə qanunvericiliyində nəzərdə tutulan prosedurdur. Bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Ens.az Ayna.az-a istinadən xəbər verir ki, Kreml rəsmisi qeyd edib ki, Azərbaycan ərazisində Birgə Monitorinq Mərkəzi olacaq ki, oraya Türkiyə hərbçilərini göndərmək lazımdır: “Bu, Türkiyənin qanunvericiliyində nəzərdə tutulan daxili prosedurdurdur və Türkiyənin daxili işidir.

Peskov vurğulayıb ki, Azərbaycan ərazisində Birgə Monitorinq Mərkəzinin yaradılması ilə bağlı Rusiya ilə Türkiyə arasında ikitərəfli razılaşma var.

Xatırladaq ki, bu gün Türkiyə Prezidentinin müvafiq sərəncamı Türkiyə Böyük Millət Məclisinə (TBMM) sənəd təqdim edilib. Qanun layihəsinə əsasən, Türkiyə hərbçiləri bir il müddətinə Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yaşıl çay qara çaydan 50% daha çox C vitamininə malikdir

Redaktor seçimi

SON XƏBƏRLƏR