Kremldən Ermənistanda “Mir” kartlarına xidmətin dayandırılması ilə bağlı açıqlama
Ermənistanda əksər bankların Rusiyanın “Mir” kartları ilə işləməyi dayandırmaq qərarının verilməsinə ABŞ-nin görünməmiş təzyiqi və sanksiya təhdidləri səbəb olub.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.
O, bildirib ki, Rusiya və Ermənistan ABŞ-nin bu misli görünməmiş təzyiqinin vurduğu zərəri müzakirə və kompensasiya etməyə davam edəcək.
Qeyd edək ki, martın 19-da “Mir” ödəniş sisteminin operatoru olan Milli Ödəniş Kartı Sistemi martın 30-dan etibarən ArCa (“Armenian Card”) üzvü olan bankların “Mir” kartlarına xidmət göstərməyi dayandıracağı barədə Ermənistan ödəniş sistemindən rəsmi bildiriş alıb.
Mənbə: Gazeta.ru
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət