Kremldə Putinlə Paşinyan arasında görüş keçirilir
Moskvada Rusiya prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında görüş başlayıb.
APA-nın Moskva müxbirinin “Rossiya 24” kanalına istinadən verdiyi məlumata görə, Kremldə keçirilən görüşdə çıxış edən V. Putin ikitərəfli münasibətlərə dair məsələlərlə yanaşı, ən aktual və ən kəskin problem olan Dağlıq Qarabağ və ətrafındakı vəziyyətin normallaşmasını müzakirə edəcəklərini söyləyib.
Rusiya Prezidenti baş nazirinin müavini Overçukun müntəzəm olaraq İrəvanda səfərdə olduğunu xatırladıb: “Siz bir müddət öncə onu qəbul etmişdiniz. O, bütövlükdə regionda əməkdaşlın trayektoriyasının necə göründüyünü sizə məruzə etmişdi. Müharibə sonrası vəziyyəti nəzərdə tuturam. Biz sizinlə bu mövzunu dəfələrlə müzakirə etmişik. Əlbəttə ki, Ermənistanın inkişafdan ötrü yeni imkanı qazanması üçün regionda ticarət iqtisadi əlaqələrin və nəqliyyat marşrutlarının bərpası vacibdir. Fikrimcə, bu olduqca vacib məsələdir. Ümid edirəm ki, biz bunları müzakirə etməyə nail olacağıq”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət