Slimfit
  1. DÜNYA

Kreml: Fransanın bu açıqlaması təəssüf doğurur

Kreml: Fransanın bu açıqlaması təəssüf doğurur
Sakura

Kreml: Fransanın bu açıqlaması təəssüf doğurur

Ukraynada fransız muzdlularının olduğunu göstərən etibarlı məlumata sahibik.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,bunu Rusiya Prezidentin sözçüsü Dmitri Peskov deyib.

“İsrar edirik ki, Ukraynada Fransa vətəndaşlarının, fransız muzdluların olduğunu göstərən etibarlı məlumatımız var. Fransa nümayəndələrinin isə Ukraynadakı bu qırğında iştirak edən fransızlarla heç nə edə bilməyəcəkləri barədə açıqlamalarına, sadəcə, təəssüf edirik”, - o bildirib.

Peskov vurğulayıb ki, Fransa öz vətəndaşları ilə daha diqqətli davranmalıdır:

“Onlara Kiyev rejiminin cinayət əməllərində iştirak etməmək qətiyyətlə tövsiyə etməlidir”.

Qeyd edək ki, yanvarın 17-də Rusiya Müdafiə Nazirliyi Rusiya Silahlı Qüvvələrinin Xarkovda fransız muzdluların olduğu binaya yüksək dəqiqliklə zərbə endirdiyini və nəticədə 60-dan çox yaraqlının öldürüldüyünü bildirib. Paris isə məhv edilmiş döyüşçülərin Fransanın silahlı qüvvələri ilə heç bir əlaqəsi olmadığını bəyan edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1959-cu ildə çəkilmiş Ayın əks tərəfinin ilk görüntüsü. Şəkil "Luna-3" sovet kosmik aparatı ilə çəkilmişdir.

Redaktor seçimi

SON XƏBƏRLƏR