Slimfit
  1. MEDİA

Kreml bilir ki, Qarabağda savaş başlasa... - Kuznetsov

Kreml bilir ki, Qarabağda savaş başlasa... - Kuznetsov
Sakura

Kreml bilir ki, Qarabağda savaş başlasa... - Kuznetsov

Bu gün Bakıda çoxları İrəvanın hər hansı bir təxribatı ilə Qarabağda aktiv hərbi müharibənin başlamasını arzulayır, lakin bunun baş tutacağını düşünmürəm.

Bu sözləri Axar.az-a rusiyalı tarixçi və ekspert Oleq Kuznetsov son zamanlar Qarabağda baş verən hadisələri və Ermənistan Baş Qərargah rəisi Davtyanla XİN rəhbəri Mnatsakanyanın Qarabağ səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, İrəvan cəbhə xəttindəki sabitliyin qorunması, Azərbaycan Ordusunun genişmiqyaslı hücuma çevrilə biləcək addımının qarşısını almaq üçün hər şeyə hazırdır:

“Kreml Ermənistan silahlı qüvvələrinin döyüş qabiliyyətinin aşağı səviyyədə olmasından və hərbi-texniki avadanlıqlarının zəifliyindən xəbərdardır. O, Qarabağda hərbi əməliyyatların Cənubi Qafqazdakı yeganə müttəfiqinin məğlubiyyətinə gətirib çıxaracağından əmindir. Buna görə də rəsmi Moskva Qarabağda hər hansı bir hərbi əməliyyatın start götürməsində maraqlı deyil. Çünki müharibə başlayarsa, cəzalanacaq tərəf Bakı deyil, İrəvan olacaq. Nəticədə Ermənistanın hərbi güclərini və suverenliyini qorumaq Rusiyanın öhdəsinə qalacaq”.

Ekspertin fikrincə, Rusiyaya Azərbaycanla birbaşa müharibə lazım deyil:

“Çünki bu halda rəsmi Moskva Türkiyənin dəstəyini itirəcək. Bu isə Rusiya üçün Suriyanın itirilməsi demək olar.

Kremli Qarabağda müharibə başlaması yeganə halda maraqlandıra bilər ki, o, Cənubi Osetiya və Abxaziya ssenarisini həyata keçirmək istəsin. Amma bugünki geosiyasi vəziyyət bunun üçün uyğun deyil.

Qarabağdakı “dondurulmuş” münaqişə Kreml üçün əlbəttə faydalıdır, çünki Moskva bölgənin geosiyasətinə təsir gücünü qoruyub saxlamaqdadır. Buna görə Kremlin təşəbbüsü ilə Ermənistan tərəfindən Qarabağda müharibə başlamayacaq.

Ancaq eyni zamanda unutmamalıyıq ki, belə bir müharibənin sifarişçiləri digər dünya mərkəzləri də ola bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR