Slimfit
  1. İQTİSADİYYAT

Kreditlə bağlı bütün qaydalar dəyişir: faiz dərəcələri və komisyon haqları...

Kreditlə bağlı bütün qaydalar dəyişir: faiz dərəcələri və komisyon haqları...
Sakura

Kreditlə bağlı bütün qaydalar dəyişir: faiz dərəcələri və komisyon haqları...

Heç kəsə sirr deyil ki, banklarda kredit faizləri yüksək, depozit faizləri aşağıdır. Bu isə bankların mənafeyinə xidmət edir. Vətəndaşlar kredit götürəndə çətin vəziyyətə düşürlər. Bu problemi aradan qaldırmaq üçün kredit faizlərinin yuxarı həddinin müəyyənləşdirilməsiMaliyyə Bazarlarına Nəzarət Palatasına tapşırıla bilər.

Banklar haqqında qanuna dəyişikilik edilir.Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlərin faiz dərəcələrinə nəzarət edə bilər.

İqtisadçı ekspert Vüqar Bayramovun sözlərinə görə bu sahədə mövcud olan problemlər qanuna dəyişikilk edilməsini zəruri edir. Kredit və depozit faizləri arasındakı uçurumun aradan qaldırılması hədəflənir.

Vüqar Bayramov deyir ki, dəyişikliklər qəbul edilərsə kreditlər üzrə faiz dərəcələri enə bilər. Amma bunun qısa müddətdə baş verəcəyini proqnozlaşdırmaq doğru olmazdı.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi "Banklar haqqında" qanuna dəyişikliyi nəzərdə tutan layihəni artıq plenar iclasa tövsiyə edib.

Mənbə: Xezerxeber.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR