Slimfit
  1. İQTİSADİYYAT

Kredit kartlarının şifrələri niyə 4 rəqəmlidir?

Kredit kartlarının şifrələri niyə 4 rəqəmlidir?
Sakura

Kredit kartlarının şifrələri niyə 4 rəqəmlidir?

Gündəlik həyatımızda mühüm yer tutan kredit və debet kartları haqqında danışmazdan əvvəlcə ATM cihazlarının ixtirasına bir az geri dönməliyik. Bu cihazların uzun adı əslində avtomatik telekommunikasiya maşını yəni avtomatik bankomatdır.

Bankomat ixtira etmək ideyası ingilis ixtiraçısı John Shepherd Barron tərəfindən gerçəkləşdirilib. 2007-ci ildə BBC-yə verdiyi müsahibəyə görə, şokalad satışı cihazlarından ilhamlanaraq hazırlanan ilk avtomatik çəkmə qurğusu 1967-ci ildə Londonda yerləşən Barclays bankı tərəfindən ictimaiyyətə təqdim olunmuşdur. Vətəndaşlar o dövrdə cihazı istifadə etmək üçün uzun növbələr yaradırdılar.

İxtirası üçün parol sistemini hazırlayan John Barron, əvvəlcə şifrəni 6 rəqəm olaraq tərtib etdiyini, ancaq  sonradan sayını 4-ə endirdiyini bildirib. O, açıqlamasında həyat yoldaşının istəyi ilə bu rəqəm sayını 4 rəqəmə qədər azaltdığını söyləyib. Beləliklə, buna səbəb Barronun həyat yoldaşının 6 rəqəmi tapmağa çox uzun müddət sərf etməsi və şifrəsini xatırlaya bilməməsi olub. Bugünkü şifrələrin 4 rəqəmdən ibarət olmasının cavabı budur.

ATM ixtirasının ardından, bank hesabımızdan pul çıxarmaq çox sadə oldu və beləliklə kartlar həyatımıza girdi. Bu vəziyyət geniş yayıldıqdan sonra bütün dünyada ATM cihazları quraşdırıldı. Hətta son dərəcə uzaq nöqtələri də ATM cihazları ilə təchiz etmək gündəlik həyatı olduqca asanlaşdırdı, kartları insanlar üçün əvəzolunmaz hala gətirdi.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Payız meşəsinin mozaikası

Redaktor seçimi

SON XƏBƏRLƏR