Slimfit
  1. İQTİSADİYYAT

Kredit ittifaqları ilə bağlı qadağa qəbul olundu

Kredit ittifaqları ilə bağlı qadağa qəbul olundu
Sakura

Kredit ittifaqları ilə bağlı qadağa qəbul olundu

Azərbaycanda kredit ittifaqlarının hüquqi və fiziki şəxslərdən əmanət (depozit) cəlb etməsi qadağan edilir.

Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Kredit ittifaqları haqqında” qanuna əlavə və dəyişikliklərdə öz əksini tapıb.

Yeni layihəyə əsasən, kredit ittifaqlarının cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun qarşısının alınması ilə bağlı fəaliyyəti “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına, terrorçuluğun leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” qanuna uyğun olaraq tənzimlənir.

Qeyd edək ki, kredit ittifaqlarının əsas məqsədi kooperativ üzvlərinin sərbəst pul vəsaitlərinin birləşdirilməsi və öz üzvlərinə kredit verilməsidir.

Dəyişikliklər səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xəzər dənizinin tarixən 100-dək adı olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR