Slimfit
  1. DÜNYA

Kredit almaq üçün Ukrayna torpaqları satışa çıxarılır

Kredit almaq üçün Ukrayna torpaqları satışa çıxarılır
Sakura

Kredit almaq üçün Ukrayna torpaqları satışa çıxarılır

Ukrayna hakimiyyəti koronavirus pandemiyası dövründə torpaq bazarının açılışı ilə bağlı qanun layihəsini qəbul etməyə hazırlaşmaqla “əsrin fırıldaqçısı” olmaq istəyir.

Axar.az xəbər verir ki, bu sözləri Ukraynanın Batkivşina Partiyasının lideri Yuliya Timoşenko deyib.

Xanım lider bildirib ki, Ali Rada növbəti iclasında belə qanun layihəsini qəbul etməyi planlaşdırır:

“Qanun xaricilərə bizim qara torpağı almalarına icazə verir. Bizim torpaq öz bəhrəsini və qazancını ukraynalılara deyil, xarici şirkətlərə, holdinqlərə verəcək. İnsanlara izah edəcəklər ki, yalnız bu yolla yeni kredit almaq və defoltdan qaçmaq mümkündür. Ukrayna hakimiyyəti ukraynalıların karantindən dolayı etiraz aksiyası edə bilməmələrindən faydalanır”.

Qeyd edək ki, Ukrayna Prezidenti Zelenski ya bu qanunun qəbul ediləcəyi və beynəlxalq tərəfdaşlardan 10 milyard almaqla iqtisadi böhrandan çıxacaqlarını, ya da ölkəni defolt gözlədiyini açıqlayıb.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəkil çəkən it

Redaktor seçimi

SON XƏBƏRLƏR