Slimfit
  1. PSİXOLOGİYA

Kreativ və adi valideyn arasında 7 fərq

Kreativ və adi valideyn arasında 7 fərq
Sakura

Kreativ və adi valideyn arasında 7 fərq

Hər birimiz uşaqları necə tərbiyə etməyi nəzəri cəhətdən bilirik. Amma vaxt, müdriklik və səbr çatışmazlığına görə çox vaxt fərqli davranırıq. Biz hər valideynin uşağın şəxsiyyətini formalaşdırması üçün bilməsi vacib olan 7 şey seçdik. Əsas qayda: Uşağın qanadlarını qırmayın. Bir dəfə onu düzəltməklə, özünüzdə düşməməzinə imkan verməyəcəyinizə zəmanət yaradırsınız.

  1. Adi valideyn öz hobbisi və maraqlarını kölgədə qoymaqla, bütün vaxtını uşaqla keçirir. Həqiqətən müdrik valideyn özünün də qayğısına qalır. Elə bunu uşaqlarına da öyrədirlər.
  2. Adi valideyn hər axşam məktəb tapşırıqlarını edir. Müdrik valideyn hesab edir ki, uşağın özü onlara cavab verməlidir. Əgər bir şey alınmırsa, onda valideyn köməyə gəlir. Amma o uşağa ancaq həllin yolunu göstərir, hər şeyi uşağın əvəzinə etmir.
  3. Bir çox valideynlər körpəyə hədiyyə almaqla, öz günahını yumağa çalışırlar. Müdrik valideyn uşağa kiçik xərclər üçün pul verir. Uşağın özü pulu necə xərcləməyi və onu oyuncaqların əldə olunması üçün saxlamasına özü öyrənməlidir. Valideyn ancaq bu prosesi nəzarətdə saxlamalı və uşağı öyrətməlidir.
  4. Çox vaxt analar və atalar uşağın pis davranışının səbəbini anlamaq istəmirlər. Onlar tez onu sakitləşdirməyə çalışırlar. Müdrik valideyn səbəbi anlayır və uşağa problemin həllində kömək etməyə çalışır.
  5. Adi valideyn ilk növbədə layiqli və uğurlu şəxsiyyət böyütmək istəyir. Müdrik isə körpə ilə isti və yaxın münasibətlər qurmağa çalışır.
  6. Adi valideyn soruşmadan belə, uşağını müxtəlif problemlərdən qoruyur. Müdrik analar və atalar mümkün vəziyyətlərdə uşağa səhvə yol verməyə imkan verirlər. Sonra isə uşağa vəziyyətdən dərs götürməyə kömək edirlər.
  7. Bir çox valideynlər uşağa isterika göstərməməsi və ağlamaması üçün hər şeyə imkan verirlər. Elə bundan da uşaqlar çox vaxt istifadə edirlər. Müdrik valideyn uşaqlara başına çıxmağa imkan vermirlər. O təkcə özünün deyil, həm də uşağın şəxsi sərhədlərinə hörmət edir.

Mənbə: Emakar.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli Azərbaycan bəstəkarı və pedaqoqu Qara Qarayev tələbələri arasında

Redaktor seçimi

SON XƏBƏRLƏR