Slimfit
  1. UŞAQLAR ÜÇÜN

Kran suyu uşaqlarda autizmə səbəb olur

Kran suyu uşaqlarda autizmə səbəb olur
Sakura

Kran suyu uşaqlarda autizmə səbəb olur

Amerikalı və danimarkalı alimlər tərəfindən birgə aparılan yeni araşdırmaya əsasən, tərkibində yüksək miqdarda litium olan kran suyunu istehlak edən hamilə qadınlarda autizm spektri pozğunluğu olan uşağın dünyaya gəlmə riski artır.

Araşdırmanın aparıcı müəllifi, tibb elmləri doktoru, nevrologiya üzrə alim və epidemiologiya və ətraf mühitin gigiyenası üzrə professor Beata Rits izah edib: “İnkişaf edən insan beyninə təsir edə bilən istənilən içməli su çirkləndiriciləri ətraflı öyrənilməlidir. Gələcəkdə isə suda antropogen litium mənbələri litium tərkibli batareyaların istifadə edilməsi və onların zibilliklərə atılmasına görə daha yayılmış ola bilər, oradan litium yeraltı sulara düşə bilər”.

Redaktor.az xəbər verir ki, litiumun əhvali-ruhiyyəni sabitləşdirmək qabiliyyətinə malik olduğuna görə bəzi litium birləşmələri artıq uzun müddətdir ki, depressiya və biopolyar pozuntuların müalicəsi üçün istifadə olunur. Buna baxmayaraq, anaların hamiləlik vaxtı litium tərkibli preparatları təhlükəsiz olaraq qəbul etdikləri barədə mübahisələr gedir, çünki o, yüksək dərəcədə uşağın düşmə riski, ürək anomaliyaları və ya yeni doğulmuş körpələrdə qüsurların olması ilə əlaqələndirilir.

Tədqiqatlarında ətraf mühitin sinir sisteminin inkişaf pozuntuları və neyrodegenerativ xəstəliklərə necə təsir etdiyinə diqqət yetirən Rits, litium və autizm riski arasında mümkün olan əlaqəni tədqiq etməyə qərar verib. O aşkar edib ki, bəzi eksperimental tədqiqatlar suda tez-tez rast gəlinən metallardan biri olan litiumun sinir sisteminin inkişafında iştirak edən və autizmin inkişafı ilə əlaqədar olan molekulyar yola təsir edə biləcəyini göstərib.

Tədqiqatın həmmüəllifi, Yel Universitetinin İctimai Səhiyyə Məktəbinin səhiyyə üzrə magistri və epidemiologiya üzrə dosenti doktor Zeyan Lyu əlavə edib ki, Danimarkada əvvəlki tədqiqatların nəticələrinə əsasən, içməli suda az dozalarda litiumun xroniki istehlakı böyüklərdə əsəb-ruhi pozuntularının meydana gəlməsinə təsir göstərə bilər.

Danimarkada şişelenmiş suyun istehlakı Avropa üzrə ən aşağı göstəricilərdən biridir, danimarkalılar əsasən kran suyundan istifadə edirlər. Ölkədə, həmçinin suda mikroelementlər və digər çirkləndiricilərin ölçülməsi üçün etibarlı sistem mövcuddur, bu da tədqiqatçıların işini asanlaşdırıb.

Autizmin inkişafına səbəb ola biləcək digər amilləri çıxdıqdan sonra məlumatlar göstərib ki, suda litiumun səviyyəsi artdıqca autizm diaqnozunun qoyulması riski də artıb. Tədqiqatçılar, həmçinin aşkar ediblər ki, litiumun səviyyəsi və autizm riski arasında əlaqə kiçik şəhərlərin və kənd sakinləri ilə müqayisədə şəhər sakinlərində daha güclü olub. Çox güman ki, sakinlər üçün vəziyyət bir çox digər əlavə çirkləndirici maddələrə görə gərginləşir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR