Slimfit
  1. DÜNYA

Kraliça qaydanı pozdu

Kraliça qaydanı pozdu
Sakura

İngiltərə kral ailəsinin qəribə və sərt qaydalarının olduğu hər kəsə bəllidir. Amma son vaxtlar ailə…

İngiltərə kral ailəsinin qəribə və sərt qaydalarının olduğu hər kəsə bəllidir. Amma son vaxtlar ailə üzvlərinin bəzi addımları bu qaydaların dəyişdiyini göstərir.

Publika.az xəbər verir ki, bu dəfə qaydaları Kraliça Elizabet pozub.

Belə ki, dünən ailənin instaqramdakı rəsmi səhifəsi '@theroyalfamily də Kraliça paylaşım edib. Məlum olduğu kimi kraliça sosial mediadan istifadə etmir.

Qaydalara görə, kral ailəsi üzvləri sosial şəbəkədən istifadə etməməlidir. Lakin bu qaydanı ilk pozan Kraliça oldu.

Elm muzeyində olan Kraliça Elizabet burada ilk kompüter yaradıcısı Çarles Babbage tərəfindən babası Şahzadə Albertə 1843-cü ildə yazılmış məktubu görüb. Həmin məktubu sosial şəbəkədə paylaşıb.

Bununla yanaşı, dünən kral ailəsi üzvlərindən Meqan Markl 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə keçirilən tədbirə mini ətək geyinib. Bu da Kral ailəsi üzvləri üçün olan qadağalar sırasındadır. Bu məlumatlar isə İngiltərə Kral ailəsi üzvlərinin yüz illərdir davam edən qaydaları heçə saydığını göstərir.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

"Axan bir çayın kənarında olsanız belə, suyu israf etməyin" Məhəmməd peyğəmbər Avstraliyada suların üzərində yazılıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR