Slimfit
  1. DÜNYA

Kral Məhəmməd taxt-tacdan imtina etdi

Kral Məhəmməd taxt-tacdan imtina etdi
Sakura

Kelantan Sultanlığının sultanı, V Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan Sultanlığında…

Malayziya kralı V Məhəmməd taxt-tacdan imtina edib.

 

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, kral federal konstitusiyanın 32(3) maddəsinə uyğun olaraq dövlət başçısı səlahiyyətlərindən imtina edib.

“Star” qəzeti kral sarayındakı mənbəyə istinad edərək yazıb ki, Əlahəzrət bu barədə rəsmi olaraq bildirib: “O, Hakimlər Konferensiyasına rəsmi məktub göndərib”.

V Məhəmməd bundan əvvəl onu Malayziya kralı seçmiş Konferensiya üzvlərinə, eləcə də baş nazirə və ölkənin federal hakimiyyətinə təşəkkür edib.

Qəzet iddia edir ki, V Məhəmməd onun üçün doğma olan Kelantan Sultanlığına qayıtmaq niyyətindədir. Kralın hansı səbəbdən taxt-tacdan imtina etdiyi bilinmir.

Kelantan Sultanlığının sultanı, V Məhəmməd 1969-cu il oktyabrın 6-da Malayziyanın Kelantan Sultanlığında doğulub. Malayziya. Tailand və Böyük Britaniyada doğulub. O, 2016-cı ildə 5 il müddətinə Malayziya kralı seçilib.



Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.

Redaktor seçimi

SON XƏBƏRLƏR