Dərc edildi: Baxış sayı: 679
Kral ailəsinin üzvü daha bir futbol klubu aldı
“City Football Group Holdinq” şirkəti Fransanın “Trua” klubunu satın aldığını bəyan edib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, 2-ci liqa təmsilçisi şirkətin səhmlərinə yiyələndiyi 10-cu futbol klubu olub.
Sözügedən şirkət “Mançester Siti” (İngiltərə), “Nyu-York Siti” (ABŞ), “Melbrun Siti” (Avstraliya), “Yokohama F. Marinos” (Yaponiya), “Torki Yunayted” (Uruqvay), “Jirona” (İspaniya), “Sıçuan Szyniu” (Çin), “Lommel” (Belçika) və “Mumbay Siti” (Hindistan) klublarının səhmlərinə sahibdir.
“City Football Group” BƏƏ-nin kral ailəsinin üzvü Mansur ibn Zayed Al Nahyana məxsus olan “Abu Dabi United Group”a məxsusdur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət