Slimfit
  1. KOSMOS

Kosmosdan buz dağlarının əriməsi dəqiqliklə göstəriləcək

Kosmosdan buz dağlarının əriməsi dəqiqliklə göstəriləcək
Sakura

Kosmosdan buz dağlarının əriməsi dəqiqliklə göstəriləcək

ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyi (NASA) Yer səthində buz dağlarının əriməsini dəqiqliklə öyrənmək üçün kosmosa “IceSat-2” adlı xüsusi peyk buraxıb.

AZƏRTAC “The Guardian” qəzetinə istinadla xəbər verir ki, 1 milyard dollar dəyərində olan və Yerin orbitində min dövrə vuracaq kiçik avtomobil ölçüsündə peyk Arktika və Antarktida üzərində buz səthinə lazer şüaları göndərəcək. Şüaların buz səthinə toxunması vasitəsilə buz dağlarının hündürlüyü və qalınlığı dəqiqliklə ölçüləcək. NASA-nın layihə direktorunun müavini Tom Nyumanın sözlərinə görə, peykin cihazları 1980-ci ildən sonra buzların əriməsi prosesini öyrənəcək. Bu tədqiqat isə qlobal istiləşmə nəticəsində buz dağlarının yox olması və okeanda suyun səviyyəsinin qalxması proseslərinin qarşısını almağa kömək edəcək.

T.Nyuman əlavə edib ki, Qrenlandiya və Antarktidada buz dağlarının əriməsi qlobal dəniz səviyyəsinin hər il bir millimetr qalxmasına səbəb olur. Bundan başqa, son on ildə şimal dənizlərində də buzların 40 faizinin əridiyi bildirilir. Bunları tədqiq etmək üçün NASA 2003-cü ildən bəri təyyarələrdən istifadə edirdi. Lakin bu üsulla geniş ərazini əhatə etmək mümkün olmurdu. Peykin buraxılması buz dağları və qalın buz örtüyü olan bütün əraziləri öyrənməyə imkan verəcək. NASA təmsilçisi vurğulayıb: “IceSat-2” saniyənin yarısı qədər müddətdə buz səthindən 5 min nümunə götürəcək. Bu inanılmaz məlumat axını hər gün davam edəcək”.

NASA-da bildiriblər ki, ABŞ Prezidenti Donald Trampın qlobal istiləşməyə qarşı proqramlara ayrılan vəsaitin kəskin azaldılması sərəncamına baxmayaraq, özəl şirkətlər iqlim dəyişikliyi tədqiqatları üçün peyklərin maliyyələşdirilməsini davam etdirir. Amerikalılarla yanaşı, Avropa Kosmik Agentliyi də tezliklə havaya buraxılan qazların monitorinqini aparmaq üçün kosmosa xüsusi peyk göndərəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı milyonçusu Musa Nağıyev öz dostları ilə. Qeyd edək ki, Azərbaycana ilk avtomobili məşhur xeyriyyəçi, mesenat Hacı Zeynalabdin Tağıyev, daha sonra isə Rotşildlər gətirmişdi.

Redaktor seçimi

SON XƏBƏRLƏR