Slimfit
  1. MARAQLI

Kosmos şirkəti ilə Elon Muskın önəmli rəqiblərindən biri olan türk cütlüyü: Eren və Fatih Özmen

Kosmos şirkəti ilə Elon Muskın önəmli rəqiblərindən biri olan türk cütlüyü: Eren və Fatih Özmen
Sakura

Kosmos şirkəti ilə Elon Muskın önəmli rəqiblərindən biri olan türk cütlüyü: Eren və Fatih Özmen

Türklər həmişə  xarici biznesmenlərlə rəqib olmağa çalışıb, amma bu gün haqqında yazacağım insanlar çox tanınmasalar da böyük uğurlara imza atan Eren və Fatih Özmen cütlüydür.

Nə qədər qəribə bir cümlə olsa da, Özmen cütlüyünün Sierra Nevada Corporation  (SNC) adlı kosmos şirkəti var. Bu şirkət NASA və Avropa Kosmos Agentliyi ilə birlikdə çalışır. Bunun xaricində də dünyanın 10 yenilikçi şirkəti arasında xususi çəkiyə malikdir. Bu şirkəti əslində Özmen cütlüyü qurmayıb, onlar 1963-cü ildə qurulan bu şirkəti 1994-cü ildə satıın alıb.  Satın alındığı dövrdə şirkətin cəmi 20 işçisi var idi. Amma indi üç min işçisi olmaqla yanaşı, ABŞ-ın 18 əyalətində, Türkiyədə, İngiltərədə, Almaniyada və dünyanın 34 fərqli ölkəsində fəaliyyətdə olan beynəlxalq şirkətdir.

Eren Özmen kosmik şirkətlər arasında rəqabətdə Elon Musk, Mark Cuban, Jeff Bezos’un ardınca dördüncü sıradadır. O bu yarışa SNC Dream Chaser adını verdiyi kosmik maşını ilə daxil olub. 

650 milyon dollara əldə edilmiş Dream Chaser , kosmonovatları orbit  içərisinə göndərərək düzəldilmiş və təkrar istifadə edilə bilən bir kosmik maşındır. 650 milyon dolların 300 milyon dollar SNC şirkətinin , 300 milyon dolları isə NASA şirkətinin payına düşüb. 

Ammma Dream Chaser 2013-cü ildə ilk uçuşunda biraz məyusluq yaradır. Hər kəs tərəfindən bu yarışda çox da uğurlu ola bilməyəcəyi düşünüldü. Deməli kosmik maşın 12.500 fut yüksəklikdəki bir təyyarədən buraxıldığında eniş zamanı Dream Chaserin mexanizması zədələnir. Sonrasında isə maşın uçuş-enmə zolağının kənarına düşür. Bir il sonra NASA SNC-nin kosmik maşınını heçə sayaraq, Boeing və SpaceX-i milyard dollarlıq müqavilələrlə mükafatlandırır.

Lakin Özmen cütlüyü  vaz keçmək  fikrində deyillər.  Bütün zərərlərə rəğmən SNC NASA-ya yeni bir layihə təklifi göndərib. Layihə isə kosmosdan dünyaya və dünyadan kosmosa qida, su və elmi materiallar daşıyan kosmik stansiya qurmaqdır. Təklifi NASA bəyənib, indi isə sırada Sierra Nevada və rəqibləri Orbital ATK və SpaceX 14 milyard dollarlıq müqaviləni aralarında paylaşacaqlar. Hazırda istehsalı davam edən bu yük maşının adı da Dream Chaser olacaq. 

Dream Chaserin 2020-ci ilin sentyabr ayında kosmosa göndərilməsi planlaşdırılır. 2024-cü iliə qədər göstərilən 6 tapşırığı yerinə yetirərsə şirkətə 1.8 mlrd dollar gəlir qazandıracaq. 

Məqaləmi Eren Özmenin bu fikirləri ilə sonlandırmaq istərdim.

Uşaq vaxtı ağ-qara televizorlarda dünyanın ucqar nöqtələrindəki insanların aya enişini izləyərdik, bu bizim tüklərimizi biz-biz edərdi. Bu görüntülərdən ilhamlanardıq. ABŞ-ı dünyanın digər ölkələri ilə müqayisə edəndə qadınların nələr edə biləcəyini müşahidə edə bilirik.  Mən də bu qadınlardan biriyəm, layihəm baş tutarsa bu mənim dünyaya buraxacağım sərvət olacaq.

Xazar Aslanov

Banco.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1959

Redaktor seçimi

SON XƏBƏRLƏR