Slimfit
  1. AVTO VƏ MOTO

Kosmik raketə bənzər BMW avtomobilləri

Kosmik raketə bənzər BMW avtomobilləri
Sakura

Kosmik raketə bənzər BMW avtomobilləri

BMW brendi 2012-2016-cı illərdə çəkilən reklam çarxları, radio reklam və digital-bannerləri təkrar olaraq ekranlara qaytarıb. Reklam videolarını yayımlamaqda əsas məqsəd, köhnə avtomobillərin satışını bərpa etməkdən ibarətdir.   

Brend bu addımı atmaqla iki problemi birdən həll etməyə nail olub:

  1. İlk növbədə hətta reklamı ikinci dəfə istifadə etməsini qeyd edərək, qənaətcil istehsalçı olmalarını;
  2. İkinci olaraq isə brendin, 7 il öncə satışa çıxardığı avtomobillərin belə rəqabətə davamlı və müasir texnologiyalardan istifadə etməsini qeyd etmişdir.

GS&P agentliyi isə köhnə videolara, aktyor Kristofer Paynın (Сhristopher Pine) səs yazısını əlavə edib. O daha öncə çəkilən reklam çarxlarını özünə məxsus şən şərhlər ilə yenidən səsləndirib. Kampaniyanın şüarı: «Yenidən təzə kimi” .

Banco.az olaraq reklam çarxlarını sizə rəqdim edirik. 

İt

 

2012-ci ildə brend, hands free sisteminə malik BMW üçüncü seriya avtomobilinin təşviqi üçün video-rolik çəkdi.

Hands free funksiyası avtomobil sahiblərinə, arxa bamper üzərinə ayaq ilə ehmalca keçirməklə, baqaj hissəsini (yük hissəsini) açmaq imkanı verir.

Reklam çarxında; qız avtomobilin baqajını açaraq, ora iki çanta qoyur. Çantalardan birində itə məxsus oyuncaqlar olduğundan ev heyvanı quyruğu ilə bamperə toxunur və oyuncaq çantasını götürür.

Reklamın şüarı: “Sözün əls mənasında: Avtomobilin baqaj hissəsini əlsiz belə açmaq mümkündür".

2019-cu ildə səsləndirilən reklam çarxında isə Kristofer Payn ingilis atalar sözünü dəyişərək:” Köhnə iti və reklamı, yeniliklərə alışdırmaq mümkündür”, kəlməsi ilə əvəzləyib.

Qaynana

 

2012-ci ilin reklam filmində: BMW avtomobilinin sükanı arxasında əyləşən bir şəxs, həyat yoldaşının ona göndərdiyi elektron ismarıca qulaq asır. İsmarıcda, qaynanın gələcəyi barədə məlumat səsləndirilir. Bu zaman kişi, maşını çevirərək, evdən uzaqlaşır.

2019-cu ildə Kristofer.P: Qaynananın gəldiyi zaman, avtomobilinizin yürüş həcmini artırmağın tam zamanı olduğunu vurğulayıb.

 Xüsusi çatdırılma

 

 

2015-ci ildə çəkilən reklamda; Gənc qız avtomobili ilə keçmiş sevgilisinin evi qarşısında dayanır və  açıq baqajdan onun əşyalarını küçənin ortasına tullayır.

2019-cu ildə isə Kristofer.P, şəxsi həyatından şikayət edən gənc ilə şən bir dialoq qurur.

Sözügedən reklam çarxı iki dəfə çəkilib. Kristofer bunu, istehsalçıların daimi olaraq istifadə edəcəkləri üçün etdiyini bildirib.

 

Bacarıqlı usta

 

2016-cı ildə BMW çəkdiyi reklam filmində Run-Flat — çarxlarını nümayiş etdirib. İstehsalçılar avtomobilin ehtiyat çarxdan istifadə etmədən 80-100 km məsafəni qət edə bilməsini qeyd edib.

2019-cu ildə isə Kristofer reklamın süjet xəttini səsləndirərək; Bacarıqlı ustanın köməyi olmadan belə, köhnə maşınların əla vəziyyətdə olduğunu və sertifikatlaşdırıldığını vurğulayıb.

Eyni zamanda yeni reklam yayımlanan zaman, displeydə əks olunan çarxların rəngi yaşıla boyanmış və avtomobilin işlək qaydada olunması kimi yeniliklər əlavə edilmişdir.

 

Kosmonavt

 

2015-ci ildə çəkilən reklam filmində, BMW avtomobili Nevada səhrası ilə hərəkət etdiyi kadrlar əks olunub. Avtomobilin salonunda əyləşən uşaq isə, həmin səhradan səmaya qalxan raketi seyr edir və heyranlığını gizlədə bilmir. Eyni ilə raketin daxilində olan kosmonavt da maşını gördüyü an eyni dərəcədə valeh olur.

Brend bu reklam vasitəsi ilə BMW avtomobillərinin, kosmik raketlərin hazırlanması zamanı istifadə edilən xüsusi dizayn və müasir texnologiyalar ilə ayaqlaşdığını vurğulayıb.

2019-cu ilin reklam çarxının səsləndirilməsi zamanı isə Kristofer özünəməxsus dərəcədə 6-cı seriyadan olan BMW avtomobilinin hələ də valehedici model olduğunu qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

H.Z.Tağıyevin imzası.

Redaktor seçimi

SON XƏBƏRLƏR