Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Körpənizi bundan qoruyun!

Körpənizi bundan qoruyun!
Sakura

Körpənizi bundan qoruyun!

Günəş şüalarının insan orqanizminə müsbət təsirləri ilə bərabər mənfi tərəflərini, ələlxüsus körpə dərisinə mənfi təsirini bilməliyik. Buna görə 1 yaşdan az olan körpələrin birbaşa günəşlənməsi və gün kremlərindən istifadə etməsi tövsiyə edilmir.

Axar.az xəbər verir ki, bu məsləhətlə pediatr Altay Abdullaoğlu çıxış edib. Pediatr qeyd edib ki, körpələrin dərisi çox həssas olduğu üçün ciddi problemlər yarana bilər:

“Daha böyük uşaqların isə günün uyğun saatlarında havaya çıxmaları məsləhət görülür. Bu vaxt məsələsi bir çox mütəxəssislər tərəfindən mübahisəli olsa da, adətən saat 10:00-a qədər və 17:00-dan sonra günəşin batmasına qədər günəşlənmək tövsiyə edilir. Bununla yanaşı 1 yaşdan yuxarı uşaqlar günəşlənərkən gün kremlərindən istifadə edə bilər”.

Həkim bildirib ki, uşaqların dərisi günəşin kanserogen təsirinə daha həssas olur:

“Kremləri seçərkən dəriyə uyğunluğuna və yüksək qoruyuculuq faktına diqqət yetirilməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR