Slimfit
  1. PSİXOLOGİYA

Körpələri şikəst edən səbəblər

Körpələri şikəst edən səbəblər
Sakura

Körpələri şikəst edən səbəblər

Beşik yeni doğulmuş körpələrin ta ayaq tutub gəzənə və ya iməkləyənə kimi yatmaları üçün istifadə olunan yataq vasitəsidir. Amma körpə üçün çox vacib əşya hesab edilən beşik günümüzdə o qədərdə aktual yataq hesab edilmir.

ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Yaşlı nəslin fikrincə beşik uşağın bədəninin düzgün quruluşda inkişaf etməsində, bədəndə qan dövranının normallaşmasında, başın düzgün formalaşmasında mühüm rol oynayır. Bu səbəbdən də əvvəllər körpələrə daim beşikdə baxılıb.

Qızbəs Əhədova – Sakin: “Kend yerində beşiklə də indi böyüyən uşaq çoxdur. Beşik uşağın təmizliyidir. Uşağın yeməyin verirsən salırsan beşiyə özündə rahat olursan, uşaq da rahat olur. Biz uşaqlarımızı beşikdə böyütmüşük, uşaqın bədəni yaş olmazdı. Uşaqları bağlayardıq beşiyə gedərdik çay dərməyə”.

Həkimlərin fikrincə isə körpələr beşikdə quru qalsalarda, lakin bərk bələndiklərindən hərəkətsiz olurlar bu da uşaqların inkişafında müəyyən qüsurlar yaradır.

Ağayev Şöhrətdin – Pediator: “Beşiyin üstün cəhətləri odur ki, beşiyə bağlanan uşaqlarda gigeyenik cəhətdən bir az təmizlik yaxşı olur. Ümumiyyətlə isə uşaq sərbəst olmalıdır əl-ayaq acıq olmalıdı və hərəkət etməlidir. Uşağın hərəkət eləməyinin onun bütün inkişafına çox böyük təsiri vardır yəni uşaq sərbəst olduqca hərəkət çox elədikcə, daha aktiv olur və daha yaxşı inkişaf eliyir. Əslində belə olmağı daha yaxşıdır”.

Qəbul etmək lazımdır ki, beşikdən bəzi yerlərdə istifadə edilir. Çünki əhalinin həyat səviyyəsi yüksəldikcə, onlar beşik əvəzinə müasir və rahat uşaq çarpayılarından istifadə edirlər. Amma fakt budur ki, əcdadımızdan bu yana, hamımız həyata bu beşiklərdə hazırlandıq, heç bir yerimizdən şikayətimiz olmadı.

Mənbə: Strategiya.az

 
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Borneo adasında bam-balan adlı qeyri-adi meyvə var. Xarici görünüşünə görə tünd rəngli malayziya manqosuna, dadı isə smetanla olan borşa oxşayır.

Redaktor seçimi

SON XƏBƏRLƏR