Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Körpələrə su nə vaxt, nə qədər verilməlidir - Bu ayına kimi uşağa su içirmək qətiyyən olmaz

Körpələrə su nə vaxt, nə qədər verilməlidir - Bu ayına kimi uşağa su içirmək qətiyyən olmaz
Sakura

Körpələrə su nə vaxt, nə qədər verilməlidir - Bu ayına kimi uşağa su içirmək qətiyyən olmaz

Su insan orqanizmi üçün vacib olduğundan, yeni doğulan körpələrə də mütləq verilməlidir. Lakin analar bəzən uşağa hansı ayında nə qədər su verməli olduqlarını bilmirlər. 
 
Medicina.az xəbər verir ki, həkimlər 6 ayına qədər ana südü yeyən körpələrə su verilməsinə ehtiyac olmadığını bildirirlər. Çünki ana südünün tərkibinin 87%-i sudan ibarətdir. Bu isə körpənin suya olan ehtiyacını tam ödəyir. 
 
Bəs körpələrə hansı aydan su verilməlidir?
 
Körpələrə 6-cı aydan etibarən əlavə qidalar verilməlidir. Elə məhz bu vaxtdan etibarən körpəyə su da içirilməlidir.  
 
Körpəyə verilən suyun miqdarı nə qədər olmalıdır? 
 
Körpənin ehtiyac duyduğu suyun miqdarı yaşa görə deyişir və yaş artdıqca artır. Qatı qidalarla qidalanma uşağın suya olan ehtiyacını artırır. Həm də uşağa verilən suyun miqdarı yediyi ana südünün miqdarından, boyundan, çəkisindən, ifraz etdiyi sidiyin miqdarından, qəbizlik dərəcəsində asılı olaraq dəyişə bilər. Uşağa su yeməkdən əvvəl deyil, yemək zamanı və ya yeməkdən sonra qurtum-qurum içirilməlidir. Qəbizliyi olan uşaqlarda suyun miqdarı artırılmalıdır. 
 
6 aylığına qədər uşaqlara su vermək aşağıdakı hallara səbəb ola bilər: 
 
- Körpələrin elektrolit duz balansını pozaraq ciddi sağlamlıq problemlərinə yol aça bilər. Bu da uşağın gecə qıcolmasına səbəb olur.   
 
- Bu dövrdə körpələrin böyrəkləri tam inkişaf etməmiş olduğu üçün çox su içmələri onlarda su zəhərlənməsinin yaranmasına səbəb ola bilər. Bu, uşağın böyrəklərinin inkişafına da mənfi təsir edə bilər.  
 
- Süni qida hazırlayarkən normadan artıq su istifadə edilməsi südün qidalılıq dəyərini və kalori miqdarını azaldaraq körpənin elektrolit duz balansını poza bilər. 
 
Körpələrə su necə verilməlidir?  
 
Körpəyə suyun əmzik vasitəsilə verilməsi onun ağız və diş sağlamlığına mənfi təsir edə bilər. Buna görə də suyun uşağa stakan və xüsusi su qabları vasitəsilə verilməsi şərtdir. Uşağın bu dövrdə tutma qabiliyyəti tam inkişaf etmədiyi üçün ona kömək edilməlidir. 
 
Uşaq su içmirsə nə edilməlidir? 
 
- Körpə suyu içmək istəmirsə, onda onu məcbur etmək olmaz. Ona tez-tez su təklif edin. Uşağın iməklədiyi və oyun oynadığı yerlərdə su qabını qoyaraq körpənin marağını cəlb etmək lazımdır. 
 
Su içməkdən imtina edən körpələrə şəkərli su və ya meyvə şirəsi vermək ən böyük səhvlərdən biridir. Bu, uşağın normadan artıq şəkər qəbul etməsinə və nəticədə də çəki almasına səbəb ola bilər.  
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Təsirli foto! Aprel Şəhidimiz Mahir Mirzəyevin əsgərliyə gedərkən atası ilə görüşü..

Redaktor seçimi

SON XƏBƏRLƏR