Slimfit
  1. GÜNDƏM

Koronavurus diaqnozu qoyuldu, ölümünə səbəbin isə tromb olduğu üzə çıxdı

Koronavurus diaqnozu qoyuldu, ölümünə səbəbin isə tromb olduğu üzə çıxdı
Sakura

Koronavurus diaqnozu qoyuldu, ölümünə səbəbin isə tromb olduğu üzə çıxdı

Ens.az bildirir ki, Rusiyada koronavirus infeksiyası olan yaşlı bir xəstənin ölüm səbəbinin sətəlcəm deyil, ayrılmış qan trombu olduğu aydınlaşıb.

79 yaşlı xəstə martın 13-də xəstəxanaya yerləşdirilib, lakin martın 14-də qohumlarının şəxsi təkidi ilə müalicə üçün özəl tibb müəssisəsinə köçürülüb. Koronavirus infeksiyası üçün analizin müsbət nəticəsini aldıqdan sonra dərhal 2 nömrəli yoluxucu xəstəliklər xəstəxanasına qaldırılıb. Tənəffüs çatışmazlığının artması ilə əlaqədar reanimasiya şəraitində kompleks müalicədə olub. 

Həmin xəstəxanasının baş həkimi Svetlana Krasnova: "Yaşlı xəstədə ikinci tip diabet, ateroskleroz, hipertansif ürək xəstəliyi də daxil olmaqla bir sıra xroniki xəstəliklər var" deyib. - Reanimasiya şəraitində xəstəyə hərtərəfli yardım edilib"

Ölüm, çox ciddi sətəlcəm və yanaşı xəstəliklər fonunda meydana gəldi: 2-ci dərəcəli diabet, arterial hipertoniya, koronar arteriyaların stentləşdirilməsindən sonrakı vəziyyət, koroner ürək xəstəliyi, koronar arterioskleroz, aorta, sidik daşı xəstəliyi.

Moskva şəhərinin baş patoloq anatomu, tibb elmləri doktoru, professor Oleq Zairatyants, xəstədə diaqnozun həqiqətən virus pnevmoniyası olduğunu söylədi, lakin yarılma nəticələrinə görə ölüm səbəbi olaraq qanda tromb çıxdığını vurğulayıb.

 

Mənbə: med-info.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İlk kibrit qutularından biri

Redaktor seçimi

SON XƏBƏRLƏR