Dərc edildi: Baxış sayı: 903
Koronavirusun yayılma və təsir riski artır - ÜST-dən açıqlama
Ümumdünya Səhiyyə Təşkilatı, koronavirusun sürətlə yayılmağa davam etməsi səbəbindən risklərin çox yüksək olduğunu açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST Baş direktoru Tedros Adhanom Qebreyesus açıqlama verib. "COVID-19-a yoluxma hallarının davamlı artması və son bir neçə gündə təsirlənmiş ölkələrin artan sayı narahatlıq doğurur. Epidemoloqlarımız bu hadisələri davamlı olaraq izləyirlər.
Hazırda COVID-19-un yayılma və təsir riski qlobal səviyyədə çox yüksək qiymətləndirilir" ,- deyə o bildirib.
Qeyd edək ki, Çindən kənarda hazırda 49 ölkədə 4351 yoluxma hadisəsi aşkarlanıb, bunlardan 67-si ölümlə nəticələnib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət