Slimfit
  1. PSİXOLOGİYA

Koronavirusun yaratdığı həyəcanı sakitləşdirməyin 7 üsulu

Koronavirusun yaratdığı həyəcanı sakitləşdirməyin 7 üsulu
Sakura

Koronavirusun yaratdığı narahatlığı sakitləşdirməyin 7 üsulu

Koronavirusun yayılması bütün dünyanı narahat edir. Panika, fərziyyələr və yalan məlumatlar, sensasiyalı başlıqlar yalnız alovun üzərinə benzin səpir.

"Yoluxmuş insanların sayı artdıqda və media intensiv şəkildə virusa diqqət yetirəndə panikaya düşmək çox asandır. Xüsusilə də özünüz və ya sevdiyiniz bir adam zəif immunitə sahibdirsə " Doktor- 4-U onlayn xidmətinin məsləhətçisi Diana Qoll deyir . "Sağlamlıq ilə bağlı narahatlıq bütün həyatınızı poza bilər və virusla təmasda olmaq qorxusu gündəlik işinizə mane olacaq."

Bunun qarşısını almaq üçün bir neçə sadə qaydalara əməl edin.

1. Etibarlı mənbələrdən xəbər alın

Ketləvi İnformasiya Vasitələrində çoxlu şişirdilmiş və sadəcə yanlış məlumatlar var ki, onların oxunması həyəcan verir. "Düşünürəm ki, bu anda edilə biləcək ən faydalı şey, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) saytı kimi sübut edilmiş məlumat mənbələrini oxumaqdır" deyir psixoloq Barux Fişhof.

Bu da müxtəlif dedi-qoduların və nəsə satmaq və ya irqi və etnik nifrət oyatmaq üçün vəziyyətdən istifadə edən insanlardan qoruyacaqdır.

2. Sosial şəbəkələrdə daha az oturun

“Sosial şəbəkələr və xəbər saytları narahatlığı artırır. Artıq narahatlıqdan əziyyət çəkənlər üçün xüsusilə təhlükəli ola bilər "deyə, Onlayn Terapiya psixoloji məsləhət xidmətinin təsisçisi psixoloq Elena Turoni bildirir. "Bir şeyin sizə zərər verdiyini qəbul etmək və buna qarşı tədbir görmək, özünüzə qayğı göstərməkdir."

Həyəcan və çaxnaşma yaradan və yalan məlumatlar paylaşanları dostluqdan çıxarın.

Bu məlumatları faydasız fon səs-küyü kimi qəbul edin. Səsləri azaltmaq vaxtı gəldi. Təsirə məruz qalan ərazilərdəki dostlarını tapmaq üçün sosial şəbəkələrə ehtiyacınız varsa, orada nə qədər vaxt keçirdiyinizi diqqətlə izləyin. Bunun vəziyyətinizə zərərli olub olmadığına diqqət yetirin.

3. Bəzi bildirişləri deaktiv edin

Xəbər saytları tez-tez bir hadisə haqqında bir neçə dəfə yazır, məqaləyə təfərrüat və şərh əlavə edir. Beləliklə, bir neçə mənbədə dəfələrlə təsvir olunan xəstəliyin təsdiqlənmiş halı, vəziyyətin daha pis olduğu hissini yarada bilər. Panikaya düşməmək üçün yaxınlarınızın şəxsi mesajları istisna olmaqla, bütün bildirişləri söndürün.

4. Sizdə faciəli düşüncələrin qoşulub- qoşulmadığını yoxlayın

Föbqəladə vəziyyətlərdə, fəlakəti şişirtməyin qurbanı olmaq, vəziyyətin olduğundan daha pis görünməsinə səbəb olan koqnitiv təhrifdir. Buna görə düşüncələrinizi izləmək və vaxtında özünüzü dayandırmaq vacibdir. "Qorxulu ssenariləri nəzərdən keçirdiyinizi görəndə özünüzə bunların sadəcə düşüncələr olduğunu söyləyin" Turoni bildirir. "Bu, emosional vəziyyətinizə beyinin reaksiyasıdır."

"Qara və ağ düşüncələrə qapılmamaq üçün qorxu ilə yaranan düşüncələrə diqqət yetirin və pozitiv faktları xatırlayın" deyə narahatlıq və depressiya yaşayan insanlar üçün Kinde sosial şəbəkəsinin qurucusu Nadya Ceyms deyir. "Məsələn, yaşlı bir insan deyilsinizsə və ciddi xəstəlikləriniz yoxdursa, koronavirusu çətin keçirmə riskiniz azdır."

Fikirlərinizi faktla yoxlayın, tövsiyə olunan gigiyena qaydalarına əməl edin və adi həyat tərzinizi qorumağa çalışın.

Psixoterapevt Stefani Hili də idrak-davranış terapiyasından istifadə etməyi təklif edir. Məsələn, problemin (narahatlığın) mahiyyətini başa düşmək üçün onu kiçik hissələrə bölün. Sizi qorxutduğunu görmək üçün fərqli ssenarilər barədə düşünün. Və sonra bir fəaliyyət planı hazırlayın.

5. Təhdid barədə lazımsız söhbətlərdən çəkinin.

Ailəniz, dostlarınız və iş yoldaşlarınızla dəstək axtarmaq və problemlərin müzakirəsi tamamilə təbiidir. Ancaq söhbət qorxu və fəlakətli ssenarilərin müzakirəsi üçün gedirsə, başqa bir mövzuya dəyişmək daha yaxşıdır. Əks təqdirdə narahatlıq və diskomfort yalnız çoxalacaq.

6. Faydalı və zərərli narahatlıq arasındakı fərqə diqqət yetirin.

Xəstələnməmək üçün təkcə fiziki deyil, həm də ruhi vəziyyəti də izləmək lazımdır. Hədsiz sayıqlıq bütün hallarda qorumur, əksinə zərər verir və stress immunitet sistemini zəiflədir.

Həddindən artıq narahatlıq sizi daha həssas edə bilər. Özünüzə bunu xatırladın.

"Faydalı narahatlıq, əsaslı tədbirlər görməyə təşviq edən ağlabatan bir narahatlıq səviyyəsidir" psixoloq Reyçel Allan izah edir. Xssusən də zərərli təhdidlər və ən pis ssenarilər haqqında daim düşünmək. Bu, çarəsizlik və panika hissi oyadır. Fiziki vəziyyətinizin qayğısına qalmaq, xəbərlərlə tanış olmaq və gigiyena qaydalarına əməl etmək faydalıdır, amma bunların təsirinə qapanmaq , stress və narahatlığı artıracaq. "

7. Meditasiya etməyə çalışın

Yelena Turoni, "Meditasiya düşüncələrimizi və hisslərimizi görməyə kömək edir. Gündə ən azı 10 dəqiqə meditasiya etməyə çalışın.

Meditasiya sizin üçün uyğun deyilsə, nəfəs məşqləri edin. "Narahat olduğunuzda, ovcunuzu qarnınıza qoyun və burnunuzdan dərin bir nəfəs alın", stressi azaltmaq üzrə məsləhətçi Palma Mişel tövsiyə edir. - Nəfəs mümkün qədər dərin olmalıdır. Sonra bilərəkdən prosesi yavaşladaraq mümkün qədər yavaş-yavaş nəfəs verməyə çalışın. Bir neçə dəfə təkrarlayın. Sonra nəfəs aldığınız zaman üçə, nəfəs verdiyiniz zaman isə altıya qədər sayın. 3-5 dəqiqə ərzində bu ritmdə nəfəs almağa davam edin. Bu, bədəni rahatlaşdırır və sinir sistemini sakitləşdirir. "

Artıq dünya qeyri-müəyyənliklə doludur. Bilinən və özünüz idarə edə biləcəyiniz şeylərə köklənin.

Yaxınlarınızla əlaqə saxlayın. Sakit olun. Əllərinizi yuyun və küçədə üzünüzə toxunmayın.

Mənbə: uazmi.tech

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR