Slimfit
  1. MARAQLI

Koronavirusun yaranmasına dair məşhur versiyalar

Koronavirusun yaranmasına dair məşhur versiyalar
Sakura

Koronavirusun yaranmasına dair məşhur versiyalar

Koronavirusun bütün dünyanı bürüdüyü bir vaxtda, sosial media sui-qəsd nəzəriyyələri ilə silkıkənir. Üstəlik, bu nəzəriyyələr yalnız bir ölkəyə aid deyil. Dünyanın çeşidli ölkələrindən olan bir-birindən 'parlaq' sui-qəsd nəzəriyyələri:

 

Yadplanetlilər başladıblar

Hər hansı bir naməlum hadisədə olduğu kimi, bu dəfə də amerikalıların ilk hədəfi yadplanetlilərdir. Naməlum uçan obyekt (NUO) iddiaları ilə məşhur olan Skot Uarinqin dediyinə görə, virus epidemiyasını yadplanetlilər başladıb və proses onlar tərəfindən idarə olunur. UarinQi dəstəkləyən digər nəzəriyyəçilər də var ki, öz iddialarını bəzi "astroloji" məlumatlarla sübut etməyə çalışır.

Virus Çində yaradıldı

Çin bu iddianın mərkəzindədir. Türk nəzəriyyəçilər virusun Çin tərəfindən istehsal edildiyini və Çin məhsulları ilə bütün dünyaya yayıldığını iddia edirlər. Bu nəzəriyyəçilərə görə, Çində əsl ölüm sayı 40.000-dir. Virus Uhan şəhərində bir ilandan yayıldı və həmin ilanın yaşadığı sudan "raket qalıqları" tapıldı.

Bioloji silah

Bu nəzəriyyənin də hədəfi Çindir. Burada virus Çinin ən gizli bioloji silah proqramının bir hissəsi olaraq göstərilir. Nəzəriyyə tərəfdarları tezislərini dəstəkləmək üçün Washington Times qəzetinin iki məqaləsindən istifadə edirlər. Bu yazılarda hər nəzəriyyədə asanlıqla özünə yer tapa biləcək "İsrail kəşfiyyatçıları" var və bu tezisləri dəstəkləmək üçün şərh edilən bəyanatlar var.

Kanadalı casus

Ən həyəcanlı dövrlərdə belə öz sakit həyatını yaşayan Kanada da bu nəzəriyyələrdən payını alır. Virus Kanadanın Milli Mikrobiologiya Laboratoriyasında çalışan bir tədqiqatçının uzaqlaşdırılması ilə əlaqələndirilir. Nəzəriyyəyə görə, 'casus' olan bu tədqiqatçı, virusun istehsalına və ya sızmasına görə uzaqlaşdırılmaya məruz qalmışdır.

İngiltərənin işi

Avropaya söykənən sui-qəsd nəzəriyyələrinin diqqət mərkəzində İngiltərə durur. Bu barədə sosial mediada paylaşımları ən çox izlənilən Cordan Satherin sözlərinə görə, 2015-ci ildə İngiltərədəki Pirbiright İnstitutu tərəfindən edilən patent müraciətində koronavirusun zəiflədilmiş bir variantının tənəffüs xəstəliklərinə qarşı bir peyvənd olaraq istifadə edilməsi qeyd edilib. Bu iddia xüsusilə peyvənd əleyhinə qruplardan böyük dəstək aldı.

XALQ "TƏMİZLƏNMƏSİ".

Çini hədəf alan nəzəriyyələrdən biri də "demoqrafik mühəndislik" olduğunu iddia edir. Bu iddiaya görə Çin 2018-ci ildə virus istehsal etdi və yaydı. 2019-cu ilin iyunundan başlayaraq əhalini yaşlı insanlardan təmizləmək üçün yaşlıları virusla yoluxdurdular. Ancaq virus nəzarətdən çıxdı və hər kəsə yayılmağa başladı ...

SƏNAYE İNQİLABI.

Bunun müəllifi olan Abdullah Çiftçi iddia edir ki, bu virus epidemiyası 4-cü Sənaye İnqilabına keçid üçün hazırlanmışdır. “Dünya üçün transmilli sosial eksperimentdir. 21-ci əsrdə rəqəmsal cəmiyyətə keçmək üçün hər kəsi evlərinə bağlayır və Sənaye İnqilabını sınayırlar. Tezliklə bütün dünyada rəqəmsal pula keçiləcəkdir. Buna görə kağız pullarda bir virusun olması təsəvvürü yaradıllb.

Mənbə: www.finansgundem.com

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR