Koronavirusun üç növü müəyyən edilib
Böyük Britaniyanın Kembric Universitetinin alimləri COVID-19-un genetik tarixini araşdırıb.
Sondakika.com xəbər verir ki, tədqiqat nəticəsində koronavirusun daim mübarizə aparmaq üçün davamlı mutasiya keçdiyi və üç - A, B, C növlərinə bölündüyü açıqlanıb.
Virus müxtəlif ölkələrdə canlıların immunitet sistemini məhv etmək üçün daim mutasiya edir.
Koronavirusun heyvanlardan insanlara ötürülən orijinal forması olan A tipi hazırda ABŞ və Avstraliyada yayılan virusun nümunələrinin dekabr-mart ayları ərzində analizinə əsasən məlum olub.
Mütəxəssislərin fikrincə, Çində epidemiya dövründə yayılan virus A növü olmayıb. Yanvar ayında, yoluxma epidemiya həddinə çatan zaman koronavirusla mübarizəyə başlayan Çində virusun dəyişilmiş B versiyası yayılıb.
Müəyyən edilib ki, ABŞ-da baş verən ümumi koronavirus yoluxmalarının üçdə ikisi virusun heyvandan insana ötürüldüyü A tipinə mənsubdur.
Yoluxmaların çoxunun Nyu-Yorkdan deyil, Kaliforniyadan gəldiyi vurğulanır.
Alimlər virusun ABŞ-a orijinal formada sürətlə yayıldığını deyirlər.
Tədqiqata görə, B tipi Almaniya, Fransa, Belçika, Niderland və İsveçrədə yayılıb.
B növündən törəyən C tipinin yayılmasına Sinqapuru misal gətirmək olar.
C tip virusun Sinqapurdan bir çox Avropa ölkəsinə yayıldığı bildirilsə də, Avropada ən çox müşahidə edilən virus B tipidir.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus İsveçrənin Cenevrə şəhərində baş diplomatik nümayəndəliklərlə görüşdə koronavirusu qriplə müqayisə edərkən, COVID-19-un ölüm nisbətinin qripdən 10 qat yüksək olduğunun təxmin edildiyini bildirib.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət