Slimfit
  1. CƏMİYYƏT

Koronavirusun mənfİ təsirləri öyrənilir

Koronavirusun mənfİ təsirləri öyrənilir
Sakura

Koronavirus (COVID-19) pandemiyasının özəl məktəbəqədər təhsil müəssisələrinə, dil və hazırlıq kurslarına,…

"Olaylar" xəbər verir ki, İqtisadiyyat Nazirliyinin videokonfrans formatında təşkil etdiyi müzakirələrdə Vergilər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının nümayəndələrinin iştirakı ilə xüsusi karantin rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması ilə əlaqədar bu sahələrdə fəaliyyət göstərən sahibkarların da neqativ təsirlərlə qarşılaşdığı qeyd edilib, təsirlərin minimuma endirilməsi yolları müzakirə edilib.

Sahibkarlara bu istiqamətdə görülən işlər və nəzərdə tutulan tədbirlərin istiqamətləri barədə məlumat verilib, təkliflərin hazırlandığı və Koronavirus pandemiyasının Azərbaycan Respublikasının iqtisadiyyatına təsirini qiymətləndirmək üçün yaradılmış İşçi Qrupda müzakirə ediləcəyi bildirilib. Müzakirələdə hazırkı şəraitdə sosial məsuliyyətin daha da artırılmasının önəmi bir daha özəl sektor nümayəndələrinin diqqətinə çatdırılıb, işçilərin işdən azad edilməsi və ixtisarı hallarına yol verilməməsi tövsiyə olunub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR