Slimfit
  1. DÜNYA

Koronavirusun əsginaslar üzərində nə qədər qaldığı məlum oldu

Koronavirusun əsginaslar üzərində nə qədər qaldığı məlum oldu
Sakura

Koronavirusun əsginaslar üzərində nə qədər qaldığı məlum oldu

Koronavirus 2 günədək əsginaslar üzərində qala bilər.

Ens.az “Report”-a  istinadən xəbər verir ki, bunu rusiyalı mikrobioloq Yevgeni Plisov söyləyib.

Mütəxəssis pandemiya dövründə ümumiyyətlə əsginasdan istifadə etməməyə çağırıb. Bununla belə, Y.Plisov banknotdan istifadə etdikdən, üzə toxunmamağa, əlləri isə yumağı tövsiyə edib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 4,5 milyonu ötüb. Bunların 1,7 milyon nəfərdən çoxu sağalıb, 303 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ağdam, Azərbaycan, 1993-cü il. Qız güllə və bomba partlayışı səslərini eşitməmək üçün qulaqlarını tutub.

Redaktor seçimi

SON XƏBƏRLƏR