Slimfit
  1. DÜNYA

Koronavirusun davamı Hantavirus - ƏLAMƏTLƏRİ

Koronavirusun davamı Hantavirus - ƏLAMƏTLƏRİ
Sakura

Koronavirusun davamı Hantavirus - ƏLAMƏTLƏRİ

Xəbər verdiyimiz kimi, Hantavirusdan ilk ölüm hadisəsi Çində baş verib.

Vuhan əyalətinin sakini qonşu əyalətə getmək üçün çarter avtobusuna minib.

KONKRET.az xəbər verir ki, qəfil ölən bu şəxsə həkimlər “Hantavirus kardiopulmoner” sindromu diaqnozu qoyublar. Bu xəstəlik isə hantavirus kimi tanınan bir virusdan qaynaqlanır. Həmin avtobusda səyahət edən digər 32 nəfər isə dərhal karantinə yerləşdirilib. İndiyə qədər onların arasında hər hansı bir yoluxma hadisəsi olub-olmaması barədə məlumat verilmir.

“Hantavirus kardiopulmoner” sindromu şiddətli tənəffüs xəstəliyidir. Virus gəmiricilər tərəfindən insanlara yoluxur, yoluxan şəxsin sidik kisəsində bir müddət qalır, daha sonra isə və hava ilə ötürülür.

ABŞ-ın “Yoluxucu Xəstəliklərə Nəzarət Mərkəzi”nə görə tamamilə sağlam insan üçün də yoluxma riski olduqca yüksəkdir.

Hantavirusun simptomları bir çox tənəffüs xəstəliklərinin əlamətlərinə bənzəyir. Bu simptomlardan ən çox hiss edilənləri baş ağrısı, zəiflik, öskürək, həzm çətinliyi, qusma problemləridir.

Qeyd edək ki, qərb KİV-ləri insanlara qlobal hantavirus təhlükəsi əlamətlərinin hələlik olmadığını qeyd ediblər.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR