Dərc edildi: Baxış sayı: 1275
Koronavirusun daha bir narahatedici simptomu aşkarlandı
Yeni növ koronavirusa yoluxan xəstələrin vəziyyəti ağırlaşdıqda qanda hemoqlobinin səviyyəsi kəskin düşür.
“Report” xəbər verir ki, bu barədə “Hematology, Transfusion and Cell Therapy” jurnalı alimlərin araşdırmasına istinadən məlumat verib.
Alimlər hesab edir ki, qanda hemoqlobini azalan şəxsə süni tənəffüs aparatı da kömək etməyəcək və nəticədə ağciyərlərin fəaliyyəti dayanacaq.
“Bunu nəzərə alaraq bütün yoluxmuş insanların qanında hemoqlobinin səviyyəsi yoxlanılmalıdır. Eyni zamanda bu imkan verəcək ki, qan köçürülməsi ağır xəstələrin səhhətinə necə təsir etdiyini öyrənək”. -deyə, nəşrdə qeyd olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət