Slimfit
  1. CƏMİYYƏT

Koronavirusun bilinən və bilinməyən tərəfləri-Həkimlərdən MƏSLƏHƏTLƏR

Koronavirusun bilinən və bilinməyən tərəfləri-Həkimlərdən MƏSLƏHƏTLƏR
Sakura

Koronavirusun bilinən və bilinməyən tərəfləri-Həkimlərdən MƏSLƏHƏTLƏR

Ən son məlumata görə, Covid-19 xəstəliyi olan insanların sayı dünyada 10 milyonu keçib. Epidemiya səbəbindən yarım milyona yaxın insan isə ölüb.
Yeni növ koronavirus xəstəliyinin Çindən dünyaya yayılmasından 6 ay keçib. Bu dövrdə həkimlər və səhiyyə işçiləri virusun yayılması, xəstəliyin insan sağlamlığına təsiri və müalicə üsulları haqqında çox önəmli məlumatlar əldə ediblər. Ancaq keçən il həyatımızda olmayan bu virusla bağlı bir çox bilinməyən şeylər də var.

İlk koronavirusa yoluxma halından bu günə qədər bilinən və hələ bilinməyənlər nələrdir?

 

Ens.az Sonxeber.az-a istinadən "Covid-19 xəstəliyi ilə mübarizə haqqında həkimlər nə öyrəndi" sualının cavabını təqdim edir.

İnfeksiya qan laxtalanmasına, ürək zəifliyinə və ya ürək əzələlərində iltihaba səbəb ola bilər. Buna görə də həkimlər Covid-19 xəstələrinə antikoagulyant dərmanlar verirlər.

Covid-19 xəstələrinin ən böyük problemlərindən biri tənəffüs çatışmazlığıdır. Həkimlər mexaniki havalandırma ehtiyacını təmin etmək üçün "proning" üsulunu tövsiyə edirlər, yəni xəstələr ağciyərlərdə təzyiqi azaltmaq üçün kürəyi üstə yatırılır.

Bu müddətdə apardıqları müşahidələrdə həkimlər virusun mədəaltı vəzi, ürək, qaraciyər, beyin, böyrəkləri və digər həyati orqanlarını, tənəffüs yollarını hədəf aldığını bildiriblər.

Covid-19 xəstəliyini yüz faiz müalicə edən bir vasitə, peyvənd olmasa da, həkimlər bəzi müalicələrin müsbət nəticələr verdiyini qeyd ediblər.

Bunlar aşağıdakılardır:

- Avropa Tibb Agentliyi (EMA), koronavirusun müalicəsində təsirli olduğu deyilən antiviral Remdesivir istifadəsinə icazə verilməsini tövsiyə edib.

- Oksford Universitetinin mütəxəssisləri həkim nəzarəti ilə çox ucuz və dünyada mövcud olan Deksametazon adlı steroid dərmanı ilə minlərlə insanın xilas olduğunu açıqlayıb.

Nəhayət, Covid-19 müalicəsində tətbiq olunan plazma üsulu uğurlu nəticələr verib. Həmçinin Türkiyədə ən çox istifadə edilən müalicələrdən də biridir.

Daha çox görülən Covid-19 testi və daha sürətli nəticələr xəstəxanalardakı təzyiqi azaltmağa kömək edir.

Dünyadakı tibb işçiləri arasında məlumat mübadiləsi vacibdir. Pandemiyamın ilk həftələrində Çin kifayət qədər məlumat paylaşmadığı üçün tənqid edilib.

Ən əsası da virusun yayılmasının qarşısını alan ən vacib şey, sosial məsafə, gigiyena və maska taxmaq kimi tədbirləri tətbiq etməkdir.

Covid-19 haqqında hələ bilinməyənlər:

Yeni növ koronavirusa qarşı effektiv bir peyvəndin olub-olmayacağı hələ bilinmir. Sınaq mərhələsindəki peyvəndlərin 2021-ci ildən əvvəl ən erkən dövrdə buraxılacağı gözlənilir, ancaq uzun müddətli peyvənd olunacağı dəqiq məlum deyil. Virusda bəzi mutasiyalar aşkar edilib. Eyni zamanda hansı növ xəstəyə tətbiq olunacağı haqqında da dəqiq məlumat yoxdur. Yəni,

Covid-19 xəstələrinin ümumi sağalma müddəti, infeksiyanın uzun müddət insan sağlamlığına ziyanı da məlum deyil.

Alimlər yeni növ koronavirusun xəstələr üzərində üzunmüdət qalıcı təsiri ola biləcəyini düşünürlər. Eyni zamanda həkimlər xəstələrdə infeksiyanın vurduğu zərərin təsirinin illərlə davam edə biləcəyini də qeyd ediblər.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Super qapıçı

Redaktor seçimi

SON XƏBƏRLƏR