Slimfit
  1. MARAQLI

Koronavirusu 600 il əvvəl Çin müdriki proqnozlaşdırıb

Koronavirusu 600 il əvvəl Çin müdriki proqnozlaşdırıb
Sakura

Liu Bovenin Min sülaləsi dövründə proqnozlaşdırdığı epidemiya

Min sülaləsinin imperatoru Çju Yuançjanın müdrik məsləhətçisi Liu Boven (1311–1375) gələcəyi görmək bacarığı ilə məşhur idi. Şjuqe Lyan və Şao Yon kimi digər müdriklərin yolu ilə gerdərək Liu da öz proqnozlarını xüsusi bir dildə yazırdı. Bunlardan ən məşhurları "bişirilmiş kökələrin mahnıları", və Taybay dağındakı bir daş üzərində yazılardır.

Donuz və Siçovul illərində yaranan epidemiya

Taybey dağındakı memorial zəlzələdən sonra aşkar edildi və bu yaxınlarda geniş ictimaiyyətə təqdim edildi. Bu yazının bir neçə sətirinin mövcud koronavirus epidemiyasına aid olması istisna edilmir :

"Epidemiyanın nə vaxt başlayacağını soruşsanız, deyərdim ki, qışda, sentyabr-oktyabr aylarında.

"Heç kimin cəsədləri götürməməsi üzücüdür, Donuz ilindən siçovul ilinə keçid kədərli olacaq".

Çn qoroskopuna görə, 2019-cu il Donuz ili, 2020-ci il isə Siçovul ilidir. Donuz ilindən siçovul ilinə keçid 25 yanvar 2020-ci ildə - Çin Yeni ilində baş verdi.

Koronavirus infeksiyasına yoluxmanın ilk diaqnozu 1 dekabr 2019-cu ildə Uhan şəhərində baş verib. Bu virusun inkubasiya dövrünün 14 gün olduğunu nəzərə alsaq, adam, ehtimal ki, Çin ay təqviminə görə oktyabr ayının sonlarında yoluxub.

Başlanan epidemiyanın çoxsaylı əlamətlərinə baxmayaraq, 20 yanvar 2020-ci ilə qədər Çin Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi virusun insandan insana ötürüldüyünü bildirmədi. O vaxta qədər xəstəlik artıq ölkənin digər bölgələrinə də yayılmışdı.

Yanvarın 25-də virus Çin sərhədlərini keçib Tailand, Yaponiya, Cənubi Koreya, eləcə də ABŞ və digər ölkələrə çatdıqda, ÇXR hakimiyyəti Uhanın yerləşdiyi mərkəzi Hubey əyalətindəki 15 böyük şəhərin tamamilə karantinə alınmasına qərar verdi. Ölkə daxilində Çin Yeni İl şənlikləri əhəmiyyətli dərəcədə azaldılmış və ya tamamilə ləğv edilmişdi. Nəticədə, Donuz ilindən siçovul ilinə keçid çox sevincsiz oldu.

Fevralın 4-də Tibetdə ilk yeni virusa yoluxma hadisəsi qeydə alınıb. Beləliklə, epidemiya ÇXR-nin bütün bölgələrini tamamilə əhatə etmişdi. Bu, Liunun dediklərinə uyğun gəlir:

"Huquanda (Çinin Hubey və Hunan əyalətləri) bütün vilayətlərə yayılacaq böyük fəlakətdən narahatdırlar."

Qurtuluşa aparan yol

Liunun təxminlərində fəlakətin qarşısını almaq üçün yol da göstərilir: "Yaxşılıq edənlər qalacaq, pislik edənlər [ölümdən] gizlənə bilməzlər."

Sonda bunu daha ətraflı izah edib:

"Yeddi nəfər eyni yolla gedir, Onlar açıq bir keçidə göndərilir; Üç nöqtə qarmağa əlavə edilirlər, Səkkiz çar və 20 ağız; Hər kəs xoşbəxtdir və hamı təhlükəsizdir."

[Qeyd: Çin dilində “Ağız” həm də yedirmək lazım olan insanlar deməkdir.]

İlk baxışdan bu anlaşılmaz ifadələr toplusudur, lakin çox güman ki, bu falçılar tərəfindən tez-tez istifadə olunan heroqliflərin kodlaşdırılmış təsviridir.

Belə ki, ilk iki sətirdə (gerçək, həqiqi) heroqlifi ilə nəticələnən (yeddi), (şəxs), (bir), (birbaşa) və (ağız) simvollarını birləşdirmə üsulu təsvir edilmişdir. Üçüncü sətirdə üç nöqtəni və (çəngəl) heroqlifini birləşdirmək üsulu təsvir edilir və beləliklə (səbr) heroqlifi əldə edilir. Dördüncü sətir (mehribanlıq) heroqlifinin quruluşundan bəhs edir.

Bu üç simvol - Həqiqət-Xeyirxahlıq-Səbir- Çin Kommunist Partiyasının 1999-cu ilin iyulundan bəri davam etdirdiyi Falun Dafa-nın mənəvi təcrübəsinin əsas prinsipidir.

Bu sətirlərin mənasını başa düşdükdə, sonluğun mənasını başa düşmək çətin deyil. Bir çox əsr əvvəl, müdrik adam gələcəkdə insanların xoşbəxtliyi və rifahının bu üç sözlə sıx bağlı olacağını artıq bilirdi.

Ənənəvi üslubda olan Çin heroqlifləri "Həqiqət" (), "Xeyirxahlıq" (), "Səbir" (). Cənubi Koreyada Falun Dafa təkmilləşdirmə təcrübəsinə dair mübadilə konfransı zamanı çəkilən foto

Çinin 5000 illik bir tarixi var, bu dövrdə insanlar ənənəvi fəziləti yüksək qiymətləndiriblər və xeyir əməllərin mütləq yaxşılıqla mükafatlandırılacağına və pislərin cəzalandırılacağına inanırdılar.

Ancaq bir neçə onilliklər əvvəl Çində Kommunist Partiyası hakimiyyətə gəldikdən sonra, ənənəvi anlayışları demək olar ki, tamamilə məhv etdi.

Mənbə: ru.minghui.org

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Fotoqraf: Abdul-Qapur Dayak

Redaktor seçimi

SON XƏBƏRLƏR