Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusla mübarizədə heyvanın əhəmiyyəti və faydaları

Koronavirusla mübarizədə heyvanın əhəmiyyəti və faydaları
Sakura

Koronavirusla mübarizədə heyvanın əhəmiyyəti və faydaları

Heyvanın bilib bilmədiyimiz faydları nədir?

Koronavirusun tüğyan etdiyi bir dövrdə insanlar orqanizmlərinin immunitetini gücləndirmək, ağ ciyər problemləri aradan qaldırmaq üçün ən müxtəlif yollara əl atır. Bu zaman insanlar daha çox təbii  vasitələrdən istifadə etməyə üstünlük verirlər.

Belə bir zamanda heyva  məlhəmi, xüsusən də heyva, heyva dənəsi, çiçəyi və yarpağından hazırlan çaylar insanlaırn immmunitetinin gücləndirilməsində, ağ ciyərdəki probelmlərin, o cümlədən soyuqdəyməyə və qripə qarşı ən effektli vasitələrdən biridir.

A, B və C vitaminləri ilə zəngin olan heyvadan necə məlhəm hazırlanır.

Bunun üçün 3 ədəd orta heyva, bir litr su, 4 keçibuynuzu, 2 kök zəncəfil, 2 çubuq darçın, 4-5 ədəd qərənfil götürün.

Heyva əvvəlcə kubik şəklində doğranılır və üzərində su tökülərək qaynadılır. Qaynara düşdükdə keçibuynuzlarını qırıb əlavə edirik. Daha sonra zəncəfil, darçın və qərənfil əlavə edilir. Qarışıq yaxşıca qaynadılır. Qarışıq mət halına gəldikdən sonra ocaqdan götürülür. Hazırlanan məlhəmdən gündə iki dəfə istifadə edilməsi məsləhətdir.

Hazırlanan məlhəm zəngin vitamin mənbəyi olduğundan koronavirus infeksiyasından qorunmaqda müstəsna rola malikdir. Məlhəm insanın infeksion xəstəliklərə qarşı müqavimət gücünü artırır.

Bundan əlavə olaraq heyva yarpağından hazırlanan çay da faydalıdır. Qaynayan çaynikə 20 ədəd qurumuş heyva yarpağı atın. 5 dəqiqə qaynadıldıqdan sonra istifadəyə hazırdır.

Heyva çayı eyni zamanda kilo verənlər, metobolizm sindromunu tənzimləməkdə ideal vasitə hesab olunur.

Yarpaqlarından hazırlanan çay ürək ağrılarına yaxşı təsir edir və insanı sakitləşdirir. Həmçinin yarpaqlarını qaynadıb suyu ilə qarqara etmək, yarpaqlarını isə boğaza kompress kimi qoymaq boğaz ağrısının və şişməsinin keçməsinə kömək edir.

Heyva faydaları bununla bitimir. Heyva. ağ ciyər, böyrək, boğaz, göz və ağız sağlamlığı üçün də faydalıdır.

Bundan əlavə olaraq heyvada şəkər miqdarı olduqca aşağı olduğundan,insanı rahatlatmaq və sakitləşdirmək xüsusiyyətinə malikdir.

Heyvanın bilmədiyiniz digər faydaları:

- Mədə və bağırsaqları gücləndirir, ishalı kəsməkdə təsirlidir, qara ciyərin fəaliyyətini yaxşılaşdırır, qanı təmizləyir, ürək döyüntüsünə xeyir edir. Ürəyə qüvvət verir və rahatladır, dərini təmizləyir, dırnaqları bərkidir, varikozun qarşısını alır.

Heyva həmçinin damar sərtliyinə xeyir edir, təzyiqi endirir.

Kərə yağında bişirilən heyva nəfəs yolu xəstəliklərinə, xroniki öskürəyə, bronxitə və vərəm xəstəliyinə xeyirlidir.

Heyva çiçəyini bal ilə qatıb udanda baş ağrısını kəsir. Bundan başqa, heyvanın çiçəyini qaynadıb, suyunu içmək ürək döyüntüsünü kəsir, ürəyi qüvvətləndirir və ananın südünü artırır.

Heyva qanamanı dayandırmaqda da təsirlidir. Burnunuz qanayarkən heyva suyunu burna çəkmək qanamanı dayandırmağınıza kömək edəcəkdir. Bundan əlavə, heyvanın üzərindəki tükləri qanayan yerə qoyduqda da qanamanı kəsir.

Heyvanın özünü və tumunu qaynadıb suyunu içmək qadınlarda doğumu asanlaşdırır, iştah açır, böyrək və sidik yolu iltihablanmalarının qarşısını alır.

Gözlərə xeyirlidir. Göz ağı, göz qapağı və kirpiklərin iltihablanması zamanı heyva yarpağını qaynadıb soyutduqdan sonra gözlər bu su ilə gündə bir neçə dəfə yuyulur.

Mənbə: olke.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR