Dərc edildi: Baxış sayı: 616
Koronavirusla mübarizə üçün verilən yardımla özünə “Lamborghini” aldı
ABŞ-da yeni tip koronavirusun (COVID-19) fəsadlarının aradan qaldırılması məqsədilə yaradılmış yardım fondundan kredit götürərək lüks avtomobil alan şəxs saxlanılıb.
Bu barədə “HaberGlobal” məlumat yayıb.
29 yaşlı David T.Hayns COVID-19-a görə işdən çıxarmaların qarşısını almaq məqsədilə verilən kredit yardımından şirkətləri üçün 3.9 milyon dollar əldə edib. D.T.Hayns müraciətində şirkətində 70 nəfərin çalışdığını bildirib. Krediti əldə etdikdən bir neçə gün sonra isə 318 min dollar dəyərindəki “2020 Lamborghini Huracan” avtomobilini alıb.
Sözügedən şəxs məhkəmə tərəfindən təqsirli bilinəcəyi halda 70 ilə qədər müddətə həbs edilə bilər.
Mənbə: Oxu.Az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət