Koronavirusla mübarizə üçün ölkəyə gələn həkimlər nə vaxtadək çalışacaqlar? - RƏSMİ
“REACT-C19 layihəsi məqsədilə Azərbaycana gələn 19 həkim iyun ayının sonuna kimi müxtəlif xəstəxanalarda çalışacaq”.
Oxu.Az-ın məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü, Heydər Əliyev Fondu, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) və Səhiyyə Nazirliyinin dəstəyi ilə Azərbaycanın regionlarındakı xəstəxanalarda COVID-19-a qarşı mübarizə tədbirləri ilə əlaqədar əsas bacarıqları gücləndirmək üçün REACT-C19 layihəsi ilə bağlı keçirilən tədbirdə ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, layihə çərçivəsində tibb işçiləri üçün onlayn platforma da istifadəyə veriləcək:
“Bu portal vasitəsilə onlar təlimlər və təqdimatlar, mentorlardan videodərslər və statistik məlumatlar əldə edə biləcəklər”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət