Dərc edildi: Baxış sayı: 664
Koronavirusla mübarizə
Qənirə Paşayeva: "Prezidentin sərəncamı önəmli hadisədir"
"Prezidentin Koronavirus infeksiyası ilə mübarizə və profilaktika tədbirlərində iştirak edən tibb işçilərinin əmək haqqlarının 3-5 mislinin artılılması ilə bağlı imzaladığı sərəncam çox önəmli hadisədir. Çünki bu insanlar daha çox risk altındadırlar".
Bunu REAL-a Millət vəkili Qənirə Paşayeva Prezident İlham Əliyevin Novruz bayramı münasibətilə təbrik videosunda xalqa ünvanladığı çağırışları şərh edərkən deyib.
Qənirə Paşayeva deyib ki, dünyada hökm sürən koronavirus infeksiyası ilə mübarizədə Azərbaycan ciddi addımlar atır və vətəndaşlarımızın təhlükəsizliyi üçün hökumət vacib tədbirlər həyata keçirir.
Millət vəkili, epidemioloji vəziyyətlə mübarizədə xalqı dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olmağa çağırıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət