Slimfit
  1. CƏMİYYƏT

Koronavirusla bağlı təhlükəli tövsiyələr

Koronavirusla bağlı təhlükəli tövsiyələr
Sakura

Koronavirusla bağlı təhlükəli tövsiyələr

Koronavirusdan qorunmaq üçün sosial şəbəkələrdə verilən tövsiyələr təhlükəli ola bilər.

Bunu Rusiya paytaxtında yerləşən Vinoqradova adına şəhər kliniki xəstəxanasının baş həkimi Mariya Blinova “Rossiyskaya qazeta”ya müsahibəsində deyib.

Ekspertin sözlərinə görə, kağız dəsmallardan müdafiə maskası düzəltməyi öyrədən videoçarxlara etimad etmək lazım deyil. O bildirib ki, koronavirus infeksiyasına yoluxmaqdan ancaq respirator kömək edə bilər, tibbi maska isə ətrafdakıları yoluxdurmamaq üçün maneə rolunu oynayır.

Bundan əlavə, maskaların propolisin spirtli cövhəri ilə işlənməsi mənasızdır, çünki tənəffüs yollarının yoluxmasının qarşısını almır.

Həkim insanlara “immuniteti yüksəltmək məqsədilə” heç bir halda hidrogen peroksid içməməyi tövsiyə edib, çünki bu maddə orqanizmə ciddi zərər verə bilər.

Mənbə: Oxu.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR