Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusla bağlı allergiya xəstələrinə həkimlərdən tövsiyələr

Koronavirusla bağlı allergiya xəstələrinə həkimlərdən tövsiyələr
Sakura

Həkimlər allergiya xəstələrinə koronavirus profilaktikasına dair tövsiyələrini çatdırdılar

Məlum olduğu kimi, baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir. Ens.az ssytı bildirir ki, Rusiyada həkim-allerqoloqlar arasında aparılan sorğu zamanı onlar yaz allergiyasından əziyyət çəkən xəstələrin koronavirusun yayılması səbəbiylə yüksək risk daşıdıqlarını, ona görə də immunitetlərini artırmalı və əsas terapiya haqqında unutmamaları lazım olduğunu söyləyiblər.

Martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus COVID-19 partlamasını pandemiya elan etdi. ÜST-ün son məlumatına görə, dünyada artıq 509 mindən çox insan bu xəstəliyə yoluxub, 23 mindən çox insan dünyasını dəyişib.

Ens.az xəbər verir ki, allerqoloq-immunoloq Bella Braqvadze "Allergiya xəstələri bir qayda olaraq risk altında deyillər. Ancaq bilirik ki, tənəffüs yollarının şiddətli xroniki allergik iltihabı xəstənin selikli qişasını viruslara qarşı daha həssas edir" deyib .

Peyvəndlərin profilaktikası və immunoterapiya laboratoriyasının müdiri Mixail Kostinov allergik xəstələrdə selikli (maneə) immunitetin, xüsusən pollinoz zamanı (bitki tozu allergiyası- red.) itdiyini izah edib. "Burun, gözlər qızarır, adam asqırır, gözləri yaşarır. Belə" yara "ilə virusların tez yayılması daha asandır" deyib o.

O həmçinin, bu xəstələrdə bədənin mübarizəyə dərhal başlamadığını, buna görə xəstəliyin daha da şiddətli şəkildə davam edə biləcəyini bildirib, çünki immunitet sistemi nə qədər gec açılırsa, xəstəlik bir o qədər ağır keçir. "İnfeksiya allergiyanın gedişatını pisləşdirir. Allergiya isə tənəffüs yoluxmasının gedişatını pisləşdirir. Zərərli bir dövrdür" ekspert deyib.

Həkimin sözlərinə görə, pollinoz yaz allergik xəstəliyi, ən çox uşaqlar və orta yaşlı insanlarda, maksimum 50 yaşı olanlarda inkişaf edir. Digər allergik xəstəliklər, əksinə, yaşla pisləşir.

Professor Yuri Mizernitski, yoluxma və koronavirus infeksiyasını ağır keçirən risk qrupuna xüsusilə yaşı 60-dan yuxarı insanlar , zəif, bir və ya daha çox xroniki patologiyası olan xəstələr, o cümlədən ağır xroniki allergiya xəstələrinin daxil olduğunu xatırladıb.

"Koronavirus infeksiyası allergik xəstəliyin kəskinləşməsinə səbəb ola bilər. Çünki viruslar həmişə allergik xəstəliklərin, xüsusən də bronxial astmanın şiddətlənməsində təxribatçı rolunu oynayır" deyib Mizernitski.

"Hamı kimi epidemiya mövsümündə bədənin infeksiyalara qarşı müqavimətinin artırılmasına, həmçinin şəxsi gigiyena qaydalarını ciddiləşdirməyə yönəldilmiş profilaktik tədbirlər (polivitaminlər, immun gücləndirici maddələr, endogen interferon istehsalının artırılması və s.) tövsiyə olunur", Professor koronavirus dövründə allergiyadan əziyyət çəkən şəxs hansı profilaktik tədbirləri görməlidir sualını cavablandırarkən deyib.

Kostinov vurğulayıb ki, allergiya xəstələrinə indi ikiqat profilaktika lazımdır. Çiçəkləmə dövründə özlərinə məxsus bir müalicəsi var. Çiçək tozları ilə əlaqəni aradan qaldırmaq üçün daha az gəzir, evdə daha çox qalırlar. "Onlar üçün bu qanundur. Bunu çox yaxşı bilirlər" deyib həkim.

Braqvadze, allergiya xəstələri üçün virus infeksiyaların qarşısının alınması tədbirlərinin hamı ilə eyni olduğunu söyləyib. "Ancaq başqa bir vacib məqam var - allergiyası olan bir xəstə, onun üçün təyin olunan terapiyanı almalıdır. Xüsusilə indi, baharda ağacların çiçəkləmə dövründə simptomlarını və şiddətini nəzarətdə saxlamaq üçün" deyib.

Hər halda allergik insan koronavirusa yoluxsa, onda həm virus xəstəliyinin, həm də alergiyanın əlamətlərini nəzərə alan kompleks yardım göstəriləcəkdir. O, həmçinin izah edib ki, hazırda tibb ictimaiyyəti bu virusun müalicəsi üçün müxtəlif antivirus birləşmələri sınayır, halbuki hansı terapiyanın ən effektiv olduğu barədə dəqiq nəticələr mövcud deyil.

Antigistamin preparatların məsələn, lopinavir / ritonavir ilə uyğunluğu barədə saula isə, allerqoloq cavab verib ki, onların istifadəsi üçün əks göstəriş yoxdur. "Amcaq allergiyası olan bir xəstə qlükokortikosteroid qəbul edərsə, həkim terapiyanı nəzərdən keçirməlidir" deyib.

Braqvadze vurğulayıb ki, virusun özü haqqında çox az məlumatımız olsa da, etibar ediləcək statistik məlumatlar şox dağınıqdır. "Bütün bunlar vaxt tələb edir. Ona görə də yalnız pamdemiya bitdikdə bu xəstəliyin müxtəlif əhali qruplarında necə inkişaf etdiyini qiymətləndirəcəyik" deyib.

Mənbə: ria.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Alyaskanın bayrağını 13 yaşlı uşaq tərtib edib

Redaktor seçimi

SON XƏBƏRLƏR