Slimfit
  1. CƏMİYYƏT

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ
Sakura

Koronavirusdan sağalan insanlar yenidən yoluxa bilərlər - RƏSMİ

Koronavirusdan sağalan insanlar da yenidən bu virusa yoluxa bilərlər, ona görə onlar da tibbi maskalardan istifadə etməlidirlər.

Ens.az xəbər verir ki, bunu Modern.az-a COVİD-19-la mübarizədə yaranan problemlərin aradan qaldırılması üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə yardım etmək üçün Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov deyib.

Onun sözlərinə görə, COVİD-19-a yoluxan şəxslərin bu virusa yenidən yoluxmayacaqları ilə bağlı elmi sübut yoxdur:

“Orqanizmdə koronavirusa görə immunitetin nə qədər müddətə davam etdiyi bilinmir. Bəziləri deyir ki, bu immunitet 2-3 həftə, bəziləri deyir ki, 2-3 ay davam edir. Bu müddətin nə qədər olduğu dəqiq bilinmədiyi üçün COVİD-19-a yoluxan şəxs bu virusa yenidən yoluxa bilər”.

N.Seyidov qeyd edib ki, COVİD-19-a növbəti dəfə yoluxanların bu xəstəliyi yüngül və ya ağır keçirməsi barədə də məlumatlar yoxdur:

”İstər bir dəfə, istərsə 2 dəfə yoluxmadan və ya ümumiyyətlə yoluxub-yoluxmamasından asılı olmayaraq, hamı eyni qaydalara riayət etməlidir. Çünki sübutlar var ki, yoluxanların 10 faizi COVİD-19-a yenidən yoluxa bilir”.

İşçi qrupun üzvü bildirib ki, COVİD-19-u yüngül və simptomsuz keçirən pasiyentlər tam sağaldıqdan sonra belə virus onların yuxarı tənəffüs orqanlarında 1-2 həftə qala bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR