Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Koronavirusdan qorunmaq üçün diabet xəstələrinin qidalanma qaydaları

Koronavirusdan qorunmaq üçün diabet xəstələrinin qidalanma qaydaları
Sakura

Koronavirusdan qorunmaq üçün diabet xəstələrinin qidalanma qaydaları

COVID-19 xəstəliyini, adətən, yaşlı insanlar, həmçinin somatik xəstəlikləri olan şəxslər daha ağır keçirirlər. Şəkərli diabet xəstələri də koronavirusa yoluxa biləcək yüksək risk qrupuna daxildir, ancaq virusun təsiretmə mexanizmi insandan insana dəyişə bilər. Koronavirus yoluxmasının qarşısını almaq üçün belə xəstələrin, ilk növbədə, tövsiyə olunan qabaqlayıcı, gündəlik profilaktik tədbirlərə riayət etməsi vacibdir. İmmun sistemini gücləndirməklə, həmçinin pəhriz qaydalarına əməl etməklə də, xəstəliyin mənfi təsirini minimuma çatdırmaq mümkündür.

Xatırladaq ki, şəkərli diabet xəstəliyi orqanizmdə maddələr mübadiləsinin pozulması ilə özünü göstərən xəstəlikdir. Diabetli insanın immun sistemi olduqca zəif olur. İmmun sistemini gücləndirməyin əsas yolları düzgün qidalanmaq, müntəzəm idmanla məşğul olmaq, yetərincə dincəlmək və normal yuxu rejimidir. Pəhriz bu xəstələrin müalicəsində vacib rol oynayır və şəkərin səviyyəsini normada saxlamağa kömək olur. Şəkərli diabet xəstəliyi olan insan qidalanmada bir sıra qaydalara riayət etməlidir.

Milli.Az Qida Təhlükəsizliyi Agentliyinə istinadən şəkərli diabetdən əziyyət çəkən insanların qidalanma zamanı əməl etməli olduqları qaydaları təqdim edir. Həmin qaydalar aşağıdakılardır:

Şəkər və şəkərli qidalardan uzaq durmaq məsləhətdir.

Meyvə sularının əvəzinə təbii meyvələrə üstünlük vermək məqsədəuyğundur.

Buğda unundan deyil, çovdar unundan və ya tam taxıldan hazırlanmış çörək istehlak edilə bilər.

Düyü və düyüdən hazırlanmış yeməklərdən çəkinmək tövsiyə olunur.

Konservləşdirilmiş meyvə və turşuların tərkibində artıq miqdarda natrium olur ki, bu da böyrəkləri həddindən artıq yükləyir. Konservlər qida rasionundan tam çıxarılmalıdır.

Çox yağlı və qızardılmış ət əvəzinə buxarda və ya sobada bişmiş ət məhsullarına üstünlük vermək lazımdır. Toyuq, xoruz, ördək, hinduşka və s. kimi quş ətlərini dərisi ilə yemək olmaz.

Bir neçə dəfə emal prosesindən keçmiş qidadan uzaq durmaq məsləhətdir.

İmmun sistemini gücləndirmək üçün diabet xəstələrinə tövsiyə olunur:

Vitamin C ilə zəngin qidalar - sitrus meyvələri, yaşıl və qırmızı bibər, qara qarağat, kivi, çiyələk, brokkoli, cəfəri, ananas, Brüssel kələmi, gül kələm, manqo, noxud, pomidor;

Vitamin E ilə zəngin qidalar - tam taxıllı məhsullar və yağ tərkibinə görə icazə verildiyi miqdarda qoz, fındıq;

Omega 3 yağ turşuları ilə zəngin qidalar - kətan və digər toxum yağlar, tuna, qızılbalıq, skumbriya kimi yağlı balıq növləri;

Sinklə zəngin qidalar - hinduşka əti, paxlalılar, gərzəkli meyvələr, tam taxıllılar;

 

Gərzəkli meyvələr - təbii yağa sahib olmaq xüsusiyyətindən əlavə, balanslı şəkildə istehlakı qandakı şəkər miqdarını tənzimləyir.

Qırmızı meyvələr - xüsusilə II tip diabet xəstələri üçün insulin sintezinə kömək edir və I tip diabet xəstələri üçün qan şəkərini balanslaşdırmaqda çox vacibdir.

Selen - tam taxıllı bitkilər, günəbaxan tumunda rast gəlinir.

Süd və süd məhsulları - xüsusilə II tip diabet xəstələri üçün olduqca faydalıdır. Mədə-bağırsaq sistemini də aktivləşdirir.

Çay - tərkibində yüksək miqdarda antioksidant olduğu üçün qan şəkərini tənzimləməyə kömək edir.

Flavonoidlər - qara və yaşıl çayda, sitrus meyvələrində çox miqdarda rast gəlinir.

Göbələk - orqanizmdəki infeksiyalara qarşı mübarizə üçün sitokin istehsalını artırır.

Bol miqdarda su içmək - mədə-bağırsaq sistemi üçün, eyni zamanda, virus mənşəli qriplərə qarşı olduqca vacibdir.

Toyuq şorbası - sağlam protein tərkibinə görə çox əlverişlidir.

Soğan, sarımsaq, sarıkök, zəncəfil kimi məhsullar qan şəkərini tənzimləməyə, xolesterolu balanslaşdırmağa kömək edir.

Qəlyanaltı vərdişi - diabet xəstələri ümumiyyətlə ac qalmamalı, hətta mümkün olduqca qəlyanaltı vərdişləri də qazanmalıdırlar.

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yəhudi alimlər sübut edib ki, bir insan 3 gün davamlı yuxuya gedib yatarsa, o zaman o ayılanda kim olduğunu unudar!

Redaktor seçimi

SON XƏBƏRLƏR