Dərc edildi: Baxış sayı: 595
Koronavirusdan qorunmaq üçün çayımıza nə qataq?
Alimlər immuniteti gücləndirmək və koronavirusdan qorumaq üçün daha çox maye içməyi məsləhət görürlər.
Moderator.az İsrail mediasına istinadla xəbər verir ki, həkimlər hansı içkinin ağciyərləri koronavirusdan daha yaxşı qoruyacağını söyləyib. Bunun sarıkök kimi tanıdığımız zərdəçalla dəmləmmiş çay olduğu müəyyən edilib. Həkimlər zərdəçalın yalnız isti içkilərə deyil, xörəklərə də əlavə edilməsini tövsiyə edirlər.
Tədqiqatlar zamanı elm adamları sarıkökün ağciyərləri fibroz, xərçəng, xroniki obstruktiv ağciyər xəstəliyi və allergik astmadan qorumaq qabiliyyətini təyin ediblər. Həkimlərin dediyinə görə, bu, ədviyyatın tərkibində olan və ağciyər toxumasında iltihabı aradan qaldıran kurkumin maddəsi ilə əlaqədardır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət