Dərc edildi: Baxış sayı: 681
Koronavirusdan ölüm riski qripdən 10 dəfə çoxdur - ÜST-dən açıqlama
Yeni tip koronavirusun (COVİD-19) ölüm nisbəti adi qrip ilə müqayisədə 10 dəfə daha yüksəkdir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ÜST-nin baş direktoru Tedros Adhanom Qebreysus açıqlama verib.
Çinin ilk koronavirusa yoluxma hadisəsini bildirməsindən 100 gün keçdiyini xatırladan Qebreysus, virusun yayılması səbəbiylə dünya ölkələrinin səhiyyə sistemlərinin həddən artıq yükləndiyini və dünya iqtisadiyyatının gerilədiyini bildirib.
O, həmçinin dünya liderlərini həmrəy olmağa, koronavirusu milli və qlobal səviyyədə siyasi alətə çevirməməyə çağırıb.
Qeyd edək ki, dünya üzrə koronavirusa 1,607,912 insan yoluxub, 95,813 nəfər isə xəstəlik səbəbindən həyatını itirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət